Ölkə

Bələdiyyə sədri fermerlərə qan uddurur – Cəlilabadda

13-04-2016, 16:56
Bələdiyyə sədri fermerlərə qan uddurur – Cəlilabadda

Cəlilabad rayonun Sabirabad kəndinə məxsus örüş sahəsi biləsuvarlı fermerlərə icarə şəkilində satılıb.

Bu haqda Mustaqil.az-a bir qrup kənd sakini məlumat verib.

Onların sözlərinə görə, bu haqda qərarı kənd bələdiyyəsinin sədri Ərəb Abbasov verib:

"Sözsüz ki, o, bunu özünün iradəsi kimi edə bilməzdi. Görünür, ona bu haqda xüsusi tapşırıq verilib. Axı iş yerinin olmaması üçün daş karxanalarına və şəhərdəki tikinti obyektlərində ucuz işçi qüvvəsi kimi işləyən kənd əhalisi şəxsi təsərrüfatları hesabına çətin də olsa, dolanırdılar. Kəndin mal-qarasının otlaq yeri bələdiyyə tərəfindən icarəyə verilir ki, pambıqçılıq inkişaf etdirilsin. Amma əvvəlcə söhbət belə olmuşdu ki, kənd adamlarına müraciət olunacaq onların istifadəsində olan torpaqlarda pambıqçılıq sahəsi inkişaf etdiriləcək.

Maraqlı olan odur ki, Bələdiyyə sədri özünün və qardaşının adına 40 hektar bələdiyyə torpağını icarəyə götürüb şəxsi təssərrüfatını genişləndirir. Ölkə başçısının tövsiyyəsi ilə pambıqçılığın inkişaf etdirilməsi isə arxa plana keçib. Kənd bələdiyyəsinin ehtiyat torpaqları kənddəki 4-5 vəzifəli adamlar tərəfindən çox illik müqavilə əsasında icarəyə götürülüb”.

Qeyd edək ki, Prezident İlham Əliyev keçirdiyi müşavirələrdə dəfələrlə sahibkarların incidilməsinə toxunub. Prezident bölgələrdə baş verən bu cür neqativ halların aradanq aldırılması üçün çox ciddi tədbirlərin görüləcəyini desə də, təəssüf ki, yuxarıda adı çəkilən məmurlar dövlət başçısının xəbərdarlıqlarına məhəl qoymur.

Administratorla əlaqə

077 611-55-22

[email protected]