Siyasət

Əli bəy Kərimli

13-04-2016, 15:25

 

Son zamanlar doğma vətənim Azərbaycanda baş verən hadisələr qarşısında çox məyus oldum.Millət matəm abu havasında olduğu halda,bəzi vətəndaşlarımızdan olan gənclər AXCP- sədri Əli bəy Kərimlinin evi qarşısında mitinq keçirdilər.Özünə hörmət qoymayana kimsəyə kənardan gəlib hörmət qoyulmaz.Mitinqdə ən çox diqqətimi çəkən şüarlardan biri Qarabağ şüarı idi.Başa düşmədim Qarabağ şüarının Əli bəy Kərimlinin evinin qarşısında keçirilən mitinqə nə dəxli var.Birincisi Əli bəy torpaqları erməni quldurlarına vermiyib,nə də elə bir səlahiyyəti olmuyub.Bunlar hansı haqqla Əli bəydən Qarabağı qaytar deyirlər.Bu həqiqətən çox gülünc bir mənzərədir.Bu hərəkətlər Azərbaycanın imicinə zərər vurmaqdan başqa bir şey deyildir.Çoxları müharibə zamanı qaçıb gizləndiyi halda,Əli bəy təhsilini donduraraq cəbhəyə yollandı.Azərbaycanın müstəqil olmağı Əli bəy kimi oğulların sayəsində oldu.Bu gün bəzi siyasətdə yeni ortaya çıxmışlar Əli bəyi vətən xaini adlandırırlar.Əgər Əli bəy vətən xaini idisə,niyə bu vaxtacan susdular.Bu şəhidlərin yasında yaddaşlarına düşdü?

Belə özünüzü vətənpərvər sayırsınızsa,millətin haqqı olan sərvətləri talayan rüşvətxor məmurlara qarşı çıxın.Əgər bunu bacarmırsınızsa,heç olmasa susun.Təəssüflər olsun ki,bizim xalqın əksəriyyəti haqq sözünü deyən insanların arxasınca getmir.Bu gün rüşvətxor məmurlara bir iradını bildirə bilməyən kimsə,Əli bəydən hesabat tələb etməyə haqqı yoxdur.Bəziləriniz AXCP üzvü olduğumu düşünürsünüz.Amma bu həqiqətət də belə deyil.Mən Azərbaycanda heç bir partiyaya üzv deyiləm.Əli bəyi müdafiə etməyim haqqın yanında olduğuma işarətdir.Fərqi yox kimliyindən asılı olmayaraq haqq söz söyləyəni hər zaman müdafiə edəcəyəm.Başqa vaxt özünü ağıllı sananlar qaydadan,qanundan danışır.Sizcə bir insanın evinin qarşısında mitinq keçirtmək nə qədər düzgündür.Axı Azərbaycan Respublikasının Konstitusiyası vətəndaşı narahat etməyi qadağan edir.O zaman qanunu pozan məhz özləri deyilmi?

Əli bəylə bir problemi olan görüşərək problemini həll edə bilərdi.Demokratik ölkələrdə hakimiyyətdə olan iqtidar, müxalifət lideriylə görüşüb problemləri həll edir.Bizdə də bu ola bilməzmiydi? Nə gərək var dünyanın qarşısında özlərini gülünc vəziyyətə salmağa.Azərbaycanın inkişafı birlikdən asılıdır.Partiya rəhbərləri ədavət aparmaqdansa,birləşsələr xalqa daha faydalı olarlar.

Vüsal Süleymanov

Administratorla əlaqə

077 611-55-22

[email protected]