İqtisadiyyat

Kolbasa sexində bir tona yaxın yararsız ət aşkarlandı - FOTOLAR

6-04-2016, 22:46
Kolbasa sexində bir tona yaxın yararsız ət aşkarlandı - FOTOLAR
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Abşeron rayonundakı obyektdə monitorinq keçirib.

Bu barədə virtualaz.org saytına qurumun mətbuat katibi Yolçu Xanvəli bildirib.

Onun sözlərinə görə, Masazır kəndinin "Quşçuluq" yaşayış massivinin yaxınlığında yerləşən kolbasa məmulatları istehsalı sexinin soyuducu kamerasında mənşəyi məlum olmayan, qida üçün yararlığı və orqanoleptik göstəriciləri şübhə doğuran, polietilen torbalarda sümüksüz heyvan ətləri, gigiyenik olmayan plastik vannalarda farş və müxtəlif toyuq əti məhsulları aşkar olunub.

Aşkar edilmiş heyvan ətlərinin, farşın və toyuq ətlərinin mənşəyinə və sağlamlığına dair heç bir baytarlıq sənədləri (baytarlıq şəhadətnaməsi forma 2 , baytarlıq arayışı) olmayıb. 1000 kq-a yaxın sümüksüz ətlərin, farşın və toyuq məsullarının qida üçün yararlı olub-olmamasını müəyyənləşdirmək məqsədi ilə nümunələr götürülərək bakterioloji, biokimyəvi müayinələr üçün Respublika Baytarlıq Laboratoriyasına göndərilib.



Administratorla əlaqə

077 611-55-22

[email protected]