Ölkə

Ermənilər atəşə başladı: Tapqaraqoyunlu hədəfdə - FOTOLAR

6-04-2016, 21:54
Ermənilər atəşə başladı: Tapqaraqoyunlu hədəfdə - FOTOLAR
Qoşunların təmas xəttində hərbi əməliyyatların dayandırılması barədə razılaşma əldə olunmasına baxmayaraq, Ermənistan ordusunun bölmələri Goranboyun Tapqaraqoyunlu kəndi istiqamətində mövqelərimizi minaatanlardan atəşə tutub.

Azərtac-ın cəbhə bölgəsinə ezam olunmuş jurnalistləri xəbər verirlər ki, bu saatlarda erməni hərbi birləşmələri həm ordumuzun mövqelərinə, həm də kəndə atəş açırlar.

Azərtac müxbirlərinin kənddə olduğu müddətdə (saat 18.00-19.00) yaşayış məntəqəsinə bir neçə mərmi düşüb, evlərə ziyan dəyib. Həmçinin mövqelərimiz pulemyot və ağır silahlardan atəşə məruz qalıb.

Qaynar.info
        

Administratorla əlaqə

077 611-55-22

[email protected]