Gündəm

Talışda Xankəndin «polis rəisi»nin villası da ələ keçib

6-04-2016, 15:05

Erməni terrorçularının rəhbərlərindən olan «rəis»in seyfindən külli miqdarda pul və qızıl-ziynət əşyaları çıxıb.

Xəbər verildiyi kimi, Azərbaycan Ordusunun həyata keçirdiyi üç günlük hərbi əməliyyat zamanı Goranboy rayonunun Talış kəndi və onun ətrafındakı yüksəkliklər ələ keçirilib. JAM.AZ xəbər verir ki, düşmən tapdağından azad edilən kəndə nəzarəti tam Azərbaycan Ordusu hazırda müdafiə istehkamları qurmaqdadırlar.

Son məlumatlara görə, cəbhə xəttində durum sabitdir. Lakin Ermənistan tərəfi atəşkəs razılaşmasına riyayət etmək istəmir. JAM.AZ xəbər verir ki, dünən gecə saatlarında Ağdam-Tərtər istiqamətlərində düşmən iri və kiçik çaplı silahlardan Azərbaycan Ordusunun mövqelərini atəşə tutub.

Əldə etdiyimiz məlumata görə, Azərbaycan Ordusunun nəzarət etdiyi Goranboyun Talış kəndində Dağlıq Qarabağdakı erməni separatçılarının xeyli villaları və mülkləri olub. Uzun illərdən bəri məskunlaşdıqları kənddə özlərinə komfortlu şərait quran erməni terrorçularının əsas rəhbərlərinin villaları, bağları və istirahət mərkəzləri də varmış. Onların arasında Xankəndi «polis»nin «rəisi»nin villası da ordumuzun nəzarəti əlinə keçib.

JAM.AZ-a verilən məlumata görə, erməni «polis rəisi»nin villasından tapılan seyfdən isə külli miqdarda Ermənistan dramı, bir qədər də qızıl-ziynət əşyaları götürülüb. Həmin qızıl əşyalar müsadirə edilərək, Azərbaycan Müdafiə Nazirliyinə Yardım Fonduna təhvil verilib. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]