İslam

Zarafatla yalan danışmağın acı nəticələri

1-04-2016, 16:15
Xeberman.com - Təəssüflə qeyd etmək lazımdır ki, bugün yəni, 1 Aprel ümumdünya gülüş günü tanıtdırılır. Həmçinin bu gündə yalan danışmaq, insanları aldatamaq adi hal sayılır və guya bu vasitə ilə əylənirlər. Yalan danışmaq İslama görə böyük günah hesab olunur. Amma bəziləri biz zarafat edirik deyərək bu işdən boyun qaçırtmaq istəyirlər. Alimlərin də fikrinə görə əgər həqiqətən də biri öz yalan danışmağında ciddi deyilsə və zarafatla edirsə onun şəri baxımdan günahı yoxdur. Amma əxlaqi baxımdan bu iş qətiyyətlə qadağan və bəyənilməyən bir işdir. Zarafatla da olsa yalan danışmaq ona görə bəyənilmir ki, insan tədricən həqiqətən də yalana adət edir. Bu barədə bir neçə hədisi diqqətinizə çatdıraq.
 
Peyğəmbər (s) buyurur: "Yalan istər ciddi olsun, istərsə də zarafat, haram və yol verilməzdir."
Başqa bir hədisdə buyurur: "Vay camaatı güldürmək məqsədilə yalan danışanların halına! Vay onların halına!"
İmam Baqir (ə) buyurur: "Yalandan, istər böyük olsun, istər balaca və istər ciddi olsun, istərsə də zarafat məqsədilə, uzaq olun."
Zarafatla yalan danışmağın acı nəticələri

Administratorla əlaqə

077 611-55-22

[email protected]