İslam

Ayətullah Xameneinin yaşayış xərcləri necə və haradan təmin olunur? (Şahidlər danışdı)

28-03-2016, 12:58
Həzrət Ayətullah Xamenei beytül-maldan və ofisinə gələn maldan istifadə etmir.
Məşriq - İnsanlar həmişə siyasi və dini rəhbərlərin gəliri və onların yaşayış xərclərinin necə təmin olunması barədə düşünürlər. Ali Məqamlı Rəhbərin yaşayış xərclərinin necə təmin olunması da ümumi fikir üçün maraqlıdır.
Müsahibə və xatirələr arasında Ali Məqamlı Rəhbərin ofisinin rəhbərlərindən biri Elmi hövzələr üzrə əlaqələndirici höccətül-islam Əhməd Mərvi ilə həzrət Ayətullah əl-üzma Xameneinin (Allah onu qorusun) beytül-maldan istifadə etmədən yaşayış xərclərini necə təmin etməsi haqqında söhbətləşdik. O, bu barədə deyir: "Mənim bildiyimə görə (və bu dəqiqdir) Ali Məqamlı Rəhbərin yaşayış xərclərinin əsas hissəsi camaatın onun barəsində etdiyi nəzirlərdən təmin olunur. İnsanlar, ağaya nəzir edirlər və nəzirlər gəlir. İmam Xomeyni (rh) üçün də çoxlu nəzirlər gəlirdi. 
Həzrət Ayətullah Xamenei beytül-maldan və ofisinə gələn maldan istifadə etmir. Dini ödənclərdən isə qətiyyən istifadə etmir."
Sabiq Mədəniyyət və İslam İrşadı naziri Məhəmməd Hüseyn Səffar Herəndi Ali Məqamlı Rəhbərin dolanışığının necə təmin olunması haqqında xatirəsində deyir: "İslam İnqilabının Böyük Rəhbəri 1991-ci ilin əvvəllərində cənab Haşimiyə əhalinin yaşayışı barədə deyir: "Əhalinin yaşayışı getdikcə çətinləşir və bahalıq onları sıxır. Əhalini yoxsulluğa sürüyən siyasətlə mən razı deyiləm".  O zaman dövlət əhaliyə verilən sosial təminatın dayandırılması siyasətini təklif edirdi. İnqilabın Rəhbəri bu siyasətə razı olmadığını bildirir.
Cənab Haşimi də cavab verərək deyir ki, bəzilər xəbərləri şişirdib sizə deyir. Siz onların sözünə inanmayın. Belə deyil və əhalinin vəziyyəti yaxşıdır.
İnqilabın Böyük Rəhbəri isə ona deyir: "Bu xəbəri başqaları deməyib. Bazarlıq üçün mənim ailəm və övladlarım özləri bazara gedir və bu özümüzün əldə etdiyimiz məlumatdır. Ailəm və övladlarım özləri çörək alır, qatıq alır." Burdan başa düşürlər ki, bu günkü qiymət dünənki qiymətə nisbətən dəyişmişdir.
Bəzi məsul şəxslərin illərlə bazar qiymətlərindən xəbərləri olmur. Çünki heç vaxt bazara, mağazaya özləri getmir və əhalinin ümumi yaşayışından xəbərləri olmur. Bəzən görürsən ki, hansısa jurnalist zirənglik edib məsul işçidən soruşur ki, filan malın qiyməti indi nə qədərdir? Amma vəzifəli şəxs bu suala cavab verə bilmir.

 
Ayətullah Xameneinin yaşayış xərcləri necə və haradan təmin olunur? (Şahidlər danışdı)

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]