Foto Fakt

Botanika bağında ucaldılan göydələnlər - Yaşıl terrorun acı fəsadları - FOTOLAR

22-03-2016, 00:29
Botanika bağında ucaldılan göydələnlər - Yaşıl terrorun acı fəsadları - FOTOLAR
AMEA-nın zibilliyə qərq olmuş Nəbatət bağından FOTOREPORTAJ
Təqdim etdiyimiz fotolar nə sivilizasiyadan geri qalmış hansısa qəsəbə, nə də ölkəmizin diqqətdən kənar, hansısa məmurun xarabalığa çevirdiyi ucqar dağ kəndlərindən biridir.
Bu fotolar Azərbaycan Respublikasında bitkilər aləmini öyrənən geniş profilli elmi mərkəzin bağında lentə alınıb. Bəli, bura Azərbaycan Milli Elmlər Akademiyasının Botanika bağıdır.
Fotolar elə 2016-cı ilin Novruz bayramı günü çəkilib.
Unikal.org-un əməkdaşının obyektivin yaddaşına köçürdüyü bu fotolar AMEA-nın Botanika instituna ayrılan dövlət vəsaitinin hansı "məqsədlər” üçün sərf olunduğunun sübutudur.
Ölkəmizdə elmi təcrübə mərkəzi hesab olunan bu bağ əslində elmin hansı vəziyyətdə olmasına işıq salır. Fotolardan göründüyü kimi ərazi çirkab içində anti sanitar vəziyyətin gidabında itib batır. Bakının bəzi yaşıllıqları məhv edilib yerdə göydələn tikmək ənənəsi artıq Botanika bağına da ayaq açdı.
Azərbaycan florasını səciyyələndirən çoxsaylı bitki növlərinin, xüsusilə faydalı və iqtisadi cəhətdən qiymətli növlərin öyrənilməsinə, onların bioekoloji xüsusiyyətləri, coğrafi yayılması, mühafizəsi və istifadə yollarının araşdırılmasına xidmət edən bu mərkəz baxımsızlıqdan və diqqətsizlikdən bərbad vəziyyətdədir. Sanki AMEA və Botanika İnstitutununun rəhbərliyi bilərəkdən ərazini məhv edib yeni göydələnlər üçün hazırlayırlar.
Azərbaycanda yaşıllıq zolaqlarının qorunmasına xüsusi qayğı və diqqətlə yanaşan mərhum prezident, ulu öndər Heydər Əliyev "Bakıda ağac kəsən elə bil ki, mənim qolumu kəsir” fikrini səsləndirib.
Qeyd edək ki, Heydər Əliyev Fondu da ölkəmizdə, xüsusən də paytaxtda yaşıllıq zolaqlarının qorunması və ekoloji mühitin yaxşılaşdırılması istiqamətində intensiv aksiyalar təşkil edir.
Ancaq təəssüflər olsun ki, AMEA rəhbərliyi Bakının ağ ciyəri sayılan Botanika bağının yaşıl terror məruz qalmasına göz yumur.
 
Təəssüf hissi ilə lentə aldığımız fotoları təqdim edirik:













Ümid edirik ki, AMEA rəhbərliyi bu xəbərdən nəticə çıxaracaq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]