İslam

İlahiyyatçı alimdən Novruz açıqlaması.

15-03-2016, 16:15

Xeberman.com xəbər verir ki, İlahiyyatçı -alim Bəhruz Camal Novruz bayramı ilə bağlı fikirlərini paylaşıb.

"Novruz -yeni gün! Kökü Zərdüştlüyə dayanan bu bayram bir çox etnik qrupları öz ərtafında birləşdirir.

Nəyə görə atəşpərəstlik yox Zərdüştlük dedim?! Çünki məncə Zərdüştlük də zaman-zaman atəşə pərəstiş və s. xürafi ayinlərin təsirinə məruz qalaraq təhrifə uğramış səmavi din, Avesta da "tövrat", "İncil" kimi təhrifə məruz qalmış səmavi kitabdır. Əlbəttə bəzi xürafatlar və təhriflər Novruz ənənələrinə də sirayət etmişdir.

"Novruzun İslamla nə əlaqəsi var?" sualına gəlincə isə "guya məmləkətdə novruzu kim dini bayram kimi qeyd edir ki?" deyirik.

Baxın əzizlər, Novruz zamanın xəlbirindən pis-yaxşı, keçib günümüzə qədər gəlib çatmış etnik bayramımızdır. Bu bayramın xürafi adətləri ilə yanaşı bir çox bəyənilən və xüsusi ayinləri də var.

İslam həmin didndir ki, başqa dinlər və ənənələrdə olub İslamın təməl prinsiplıri ilə ziddiyyət təşkil etməyən bütün ayinlərin əxz edilməsini məqbul hesab edir.

Yox əgər yenə də " bu atəşpərəstlərin ayinidir və qeyd edilməsi məqbul deyil" deyirsinizsə, görəsən bu məntiqə əsasən, nə üçün Peyğəmbər (s) bütpərəstlərin ayinlərindən hesab olunan Həcc mövsümünü, təvafı, qurban kəsməyi, Səfa və Mərva arasındakı səyi və s. "Bu bütpərəstlərin ayinidir, İslamda bunlara yer yoxdur" deyib qadağan etmədi?! Yox əgər desəniz ki, bu ayinlərin kökü səmavi dinə və Hz. İbrahimin (ə) şəriətinə bağlıdır deyə bunu etmədi, o zaman cavab verəcəyik ki, əvvəla Hz. İbrahimin şəriətində bu ayinlər tövhid prinsipinə müvafiq həyata keçirilirdi, bütpərəstlərdə isə bu tam təyinatını dəyişmiş və tövhidlə dabandabana zidd olan bir ayinlər toplusuna çevrilmişdi. Amma buna baxmayaraq Peyğəmbər (s) bu ayinləri toplusuni qadağan etmək əvəzinə əsil vəziyyətinə, yəni Hz.İbrahimin şəriətinə və tövhid prinsipinə müvafiq formaya qaytarmağı bacardı.

Elə biz də Novruz barədə bunu deyirik ki, zaman-zaman xürafatla qarışsa da kökü Zərdüşt peyğəmbərin gətirdiyi dinə bağlıdır. Sonradan Zərdüştlükdən atəşpərəstliyə təhrif olunan bəzi ibadət kompanentləri artıq günümüzdə təbbi olaraq öz təyinatını dəyişib və ibadət xarakteri daşımır.

Kimsə səməni qoymaqla nə Allaha şərik qoşur, nə də tonqal yandırmaqla ona pərəstiş edir. Tonqal ibadət pridmeti olaraq öz təyinatını çoxdan dəyişib. Bəli, ancaq qapı pusmaq, fala baxmaq və s. kimi bəzi xürafi ənənələri dəyişəməyi bacarırsınızsa, buyurun, bu meydan bu da siz.

Bu gündə (sileyi-rəhm) qohumları yoxlamaq, küsülüləri barışdırmaq, qohum-əqraba ilə bir süfrə arxasına yığışıb bir-birlərinin problemindən xəbərdar olmağın nəyi pisdir və harası şirk və günahdır?! Məgər İslam da bu şeyləri təkidlə söyləmirmi?! Üstəlik İslam qaynaqlarında Novruz bayramının xüsusi əməlləri, həmin günün duaları, zikrləri və namazı barədə də sözlər deyilmişdir.

Əziz həmvətənlərim, bayramınızı təbrik edirəm. Allahdan arzum budur ki, qəlbinizdəki bütün Allah bəyənən istəkləriniz bu Novruz bahar çəməni tək cücərsin. Allahdan arzum budur ki, tezliklə novruz şənliyini Cıdır düzündə Qeyd edək!"

İlahiyyatçı-alim / Bəhruz Camal.

İlahiyyatçı alimdən Novruz açıqlaması.

Administratorla əlaqə

077 611-55-22

[email protected]