Gündəm

BAKIDA HEÇ BİR QUMARXANA FƏALİYYƏTİNİ DAYANDIRMAYIB

14-03-2016, 20:04
Vəkil Aslan İsmayılov qumarxanaların bağlanması barədə məlumat verib.

O deyib ki, martın 9-da qumar oyunları təşkil edən obyektlərin fəaliyyəti tamamilə dayandırılıb. Bundan bir gün əvvəl isə o, hüquq-mühafizə orqanlarının yüksək çinli nümayəndələri ilə bir sıra görüşlər keçirib və həmin görüşlərdə qumarxana şəbəkələrinin arxasında duran vəzifəli şəxslərin adlarını açıqlayıb. Vəkil bir müddət apardığı araşdırmalar nəticəsində qadağan olunmuş fəaliyyət olan qumarxanaların arxasında hansı hüquq-mühafizə idarələrinin və vəzifəli şəxslərinin durduğunu müəyyənləşdirib. Bu araşdırmasının nəticələrini isə sözügedən görüşlərində yüksək vəzifəli hüquq-mühafizə məmurlarının diqqətinə çatdırıb. A.İsmayılov bu məsələ ilə bağlı kimlərlə görüşdüyünü açıqlamayıb. Vəkilin bu açıqlamasından fərqli olaraq daxil olan məlumatlarda bildirilir ki, Bakı şəhəri ərazisində heç bir qumarxananın fəaliyyətinə qadağa filan qoyulmayıb. Etibarlı mənbənin bildirdiyinə əsasən, qumarxana biznesinə nəzarət edən şəxslər fəaliyyətlərini dayandırdıqları barədə görüntü yaratmaqla diqqəti özlərindən yayındırmağa çalışırlar: «Heç bir qumarxananın fəaliyyətinə son qoyulmayıb. Hazırda şəhərin bir çox ərazisində qumar oyunlarının təşkil edildiyi obyektlərə rast gəlmək mümkündür. Axşam saat 19:00-dan sonra həmin obyektlərdə «iş» başlayır. Qumar məclisləri səhər saatlarına qədər davam edir. Daxili İşlər Nazirliyinin əməkdaşları paytaxtın müəyyən ərazilərində yerləşən qumarxanalarda reyd keçirsələr, görərlər ki, heç biri bağlanmayıb». Biz isə öz növbəmizdə DİN rəhbərliyindən xahiş edirik ki, qumar oyunlarının təşkil edildiyi obyektlərdə vaxt itirmədən yoxlamalara başlasınlar. Mövzunu davam etdirəcəyik.\gündəlikbakı\

Administratorla əlaqə

077 611-55-22

[email protected]