Gündəm

“Əmimə şər atırlar” – 400 minlik dələduzluqla bağlı açıqlama

14-03-2016, 17:38
“Əmimə şər atırlar” – 400 minlik dələduzluqla bağlı açıqlamaElmed Tibb Mərkəzinin 400 min dollarlıq dələduzluqda ittiham edilən rəhbəri Hümbət Səfərovun qardaşı oğlu Ramin Quliyev məsələyə aydınlıq gətirib.

Həmçinin Elmed Tibb Mərkəzinin direktoru vəzifəsində çalışan R.Quliyev AzNews.az-a açıqlamasında əmisinə qarşı səsləndirilən iddiaların böhtan olduğunu deyib: "Hümbət Səfərov mənim əmimdir. Onun adından danışmaq düzgün deyil, amma yenə də o, mənim əmim, doğmam, ağsaqqalımdır. Saleh Əliyev insanlara qarşı böhtan xarakterli çıxışlar edir. O, başıxarabdır, bütün qohum-əqrabam, rayon əhli bilir ki, bu adam insanları şərləyir. Biz bu həftə məsələylə əlaqədar məhkəməyə müraciət edəcəyik. Hümmət müəllim öz işindədir. Bu şəkildə məlumat verib cəmiyyəti çaşdırmaq düzgün deyil. Yaxşı olar ki, o, özünü həkimə göstərsin”.

Qeyd edək ki, Cəbrayıl rayon sakini 64 yaşlı Saleh Əliyev hüquq-mühafizə orqanlarına müraciət edərək 2015-ci ilin mart ayında həmyerlisi, 54 yaşlı Səfərov Hümbət Nayfalı oğluna şadlıq sarayı satdığını, lakin əvvəlcədən razılaşdıqları 400 min manat vəsaiti ala bilmədiyini deyib.

Faktla bağlı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi cinayət işi başlanılıb. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]