Kriminal

​Lənkəranda iki maşın toqquşub, 4 nəfər yaralanıb

13-03-2016, 17:45
Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsində 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, qəza "10-TV-358" dövlət qeydiyyat nişanlı BMW markalı maşın ilə "07-BF-192" dövlət qeydiyyat nişanlı "Volkswagen Passat"ın toqquşması nəticəsində baş verib.
Hadisə yerinə cəlb olunmuş Fövqəladə Hallar Nazirliyinin xilasediciləri deformasiyaya uğramış maşınlardan yaralıları çıxarmağa çalışırlar.

Administratorla əlaqə

077 611-55-22

[email protected]