İqtisadiyyat

Ölkəni bürümüş üçüncü devalivasiya qorxusu

10-03-2016, 20:25
Manatın üçüncü dəfə dəyərdən düşə biləcəyi ehtimalı insanları əndişələndirməyə başlayıb 

Azərbaycanda bir ilin içində iki kəskin devalivasiyanın baş verməsi, manatın toplam 110 faizə yaxın dəyərdən düşməsi əhalinin maddi güzaranına ciddi təsirlər göstərib. Xüsusi ilə əyalət insanlarının vəziyyəti daha kritikdir. Politika.Az xəbər verir ki, həmin kritiklik dərəcəsi səbəbindən ilin əvvəlində bir sıra rayonlarda etiraz aksiyaları da keçirilmişdi. 

Qeyd edək ki, aksiyaları dayandırmaq üçün müxtəlif vasitələrdən yararlanan hökumət dairələri, ardından zəruri ərzaq məhsullarının qiymətlərinin qarşısını almaq üçün bir sıra addımlar atmaq məcburiyyətində qalmışdı. Hətta Dövlət Gömrük Komitəsinin fəaliyyətində bir sıra yumuşalmalar edərək, bununla rüsumları yalnız dövlət qiymətləri həddinə endirmişdi. 

Politika.Az xəbər verir ki, iki devalivasiyanın hökumətə vurduğu zərərin həcmi böyük olsa da, prosesi önləmək, vəziyyəti sabitləşdirmək hələ də mümkün olmayıb. Maraqlıdır ki, dünyanın heç bir ölkəsində böhran yoxkən, neftin qiymətinin 40 dollara qədər yüksəlməsinə rəğmən, Azərbaycanda krizisin daha qabarıq şəkildə diqqəti cəlb etməsinin sirri kimsəyə məlum deyil. Bəzi iqtisadçılar hesab edirlər ki, vəziyyətin belə şəkil almasının səbəbi hökumətin zamanında tədbir görməməsiylə bağlıdır. Belə ki, Azərbaycanda faktiki olaraq iqtisadiyyatın olmadığı üzə çıxıb. 

Durumu sabitləşdirmək, manatın dəyərdən düşməsini önləmək məqsədiylə atılan addımların yetərsizliyi isə verilən açıqlamalardan, ən əsası isə milli valyutanın dollar qarşısında «əriməsi»ndən bəllidir. Məlumdur ki, hazırda manat dollar qarşısında dəyər itirərək, 1,60 manata çatıb. Yeni həftənin başlanğıcında isə bu rəqəmin 1,80-1,85 civarında olacağı deyilir. 

Əhalinin qorxusu isə üçüncü devalivasiyanın ola billəm ehtimalı ilə bağlıdır. Onlar 3-cü dəfə manatın kəskin ucuzlaşa biləcəyini narahatlığını keçirirlər. Çünki bu hal baş verərsə, o zaman insanların sonuncu ehtiyatları da tükənəcək və bununla da böhranın ən ağır mərhələsinə qədəm qoyulacaq. Belə vəziyyətlərə alışıq olmayan insanların radikal vasitələrə baş vura biləcəyi də istisna edilmir. Bunu son dövrlər artan intihar olayları da təsdiqləyir. Onlar çıxış yolunu özlərini öldürməkdə görməklə, böyük səhvə yol verirlər. 

Əhalini narahat edən bir başqa məqam da ondan ibarətdir ki, yerli məmurlar onların problemlərini həll etməkdə maraqlı deyillər və ya etinasızlıq göstərirlər. Politika.Az xəbər verir ki, icra başçılarının da məhz bu səbəbdən işdən azad olunması da durumu düzəltməyə nə qədər gömək edəcək, bəlli deyil.

Politika.Az:

Administratorla əlaqə

077 611-55-22

[email protected]