Ölkə

Dünya Süleymana qalmadı, bəs “LAZA”…

8-03-2016, 00:59
Dünya Süleymana qalmadı, bəs “LAZA”…Masazır qəsəbəsində fəaliyyət göstərən restoran əslində insan alverinin "ən məhsuldar” bazarıdır 

Dünya Süleymana qalmadı, bəs "LAZA”…

Dünyanin ən ağrılı problemlərindən biri də insan alveridir. Maddi durumun çətinliklərini bəhanə gətirən bəzi qadınlara asan yolla qazanc əldə etmək şansı yaradan bir çox iaşə obyektləri əslində insan alverinin tüğyan etdiyi ən münbit məkanlardır. Tutduğu əməlin ictimai təhlükəli, mənəvi cinayət olduğunun fərqinə varmadan bədənini satan qadınlar bir yana, buna zəmin yaradan kişi sahibkarlar əldə etdikləri gəlirin ətrindən olsun ki, bihuş görünürlər. Onların bu əməlinə şərait yaradan yerli rəsmi strukturların isə guya heç nədən xəbəri yoxdur. Çörəklərinə haram qatanların özləri də bilmədən cinayət törətmiş olurlar. Belə qeyrət dağarcıqları şəhərdən nisbətən kənar guşələrdə restoranlar açıb, oranı fahişəxanaya çevirirlər. Azərbaycan Cinayət Məcəlləsində bu hərəkət "Əxlaqsızlıq yuvaları saxlama” kimi xarakterizə olunur və müxtəlif müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Əslində restoran, fəaliyyət istiqamətinə görə isə bu tip "fahişəxanalar” Bakıətrafı qəsəbələrdə yetərincədir. Onları saxlayan və ya himayədarlıq edənlər isə kifayət qədər böyük nüfuz sahibləridirlər. Sözsüz ki, "yuxarıarla” bu və ya digər formada "əməkdaşlıq” etmədən belə yerlərin fəaliyyət göstərməsi mümükünsüzdür. Xırdalan-Masazır yolunun sol tərəfində, yoldan təxminən 100-200 metr aralı məsafədə yerləşən "LAZA” restoranı əslində insan alverinin, daha dəqiqi isə qadınların özlərini satdıqları məkandır. 

Sual olunur, görəsən Abşeron rayon polis şöbəsinin bəyəm bu məsələdən xəbəri yoxdurmu? Əgər xəbəri yoxdursa deməli Abşeron rayon polis idarəsinin rəhbərliyi ya yerində deyil. ya da həmin əraziyə nəzarət edən şəxslər qadın alverçiləri ilə əlbirdirlər. Əgər belədirsə deməli cinayətkar qrup şəbəkə şəkilində fəaliyyət göstərir. Bu isə ən ağır cinayətlərdən biri hesab olunur. Həm də vəzifəli şəxslərin iştirakı ilə. Yox əgər polisin doğrudan da "LAZA”nın əxlaqsızlıq yuvası olmasından xəbəri yoxdursa media artıq bier neçə gündür ki, bu barədə davamlı olaraq məqalələr dərc edir. Biz ünvanı göstərdik, zəhmət çəkib tədbirlərini görsünlər. Necə olur, jurmalist araşdırmalının nəticəsi olaraq bu tip obyektlərlə bağlı ilginc məlumatlar əldə edilir, lakin polis bundan xəbər tutmur. Bəs onda polis nə ilə məşğuldur. Polisin gecə-gündüz müştəri "qəbul edib yola salan” bu obyektdən bixəbər olması təəccüb deyil, dəhşətdir. "LAZA”nın "xidməti" nömrələri iki nəfərlik çarpayı və vanna otağından ibarətdir. Dünyanın heç bir yerində müvafiq status almadan kiçik otaqlara həm də çarpayı qoymurlar. Bildiyimizə görə Adəm övladı yeməyi oturaq vəziyyətdə həzmi-rabedən keçirir. Uzanıqlı vəziyyətdə, "Adəm"in sevgili "Həvva"sı ilə birlikdə nahar praktikası barədə geniş bilgilərə hələ ki, malik deyilik. Apardığımız müşahidələrdən məlum oldu ki, restoran xidmətçiləri rahatxana otaqlarının birini cütlüklərə saatı 10-15, xüsusi müştərilərə isə hətta 20 manata "icarə"yə verirlər. Əlbəttə, cütlük deyəndə heç də şou-biznes duetləri nəzərdə tutulmur. Restoranın üzü-üzlər görmüş qırmızıyanaq inzibatçısı da deyəsən, millətə xidmətindən razı görünür. Ola bilsin arxa-dayaqları güclüdür. Baxmayaraq ki, buranın motel kimi fəaliyyət göstərməsi üçün müvafiq sənədləri olmalıdır. Bizcə, bu restoranı fahişəxanaya çevirənlərin gec-tez başı ağrıyacaq. Hər halda Qəbələnin tanınmış kəndlərindən olan LAZA camaatı bu adda pritonun fəaliyyətindən bixəbərdirlər, yoxsa onun sahibini bəlkə də daş-qalaq edərdilər. Yeri gəlmişkən, pritonun sahibinin də dindar adam olduğunu söylənilir. Hətta, bəzi həmsöhbətlərimiz onun dini titulunun olduğunu da dedilər. Məlumat doğrudursa…

Lakin doğru olan bir məlumat var. Yazı dərc olunduqdan sonra adının Süleyman olduğunu söyləyən bir nəfər məsələyə aydınlıq gətirmək əvəzinə, israrla nələrinsə müqabilində yazıların silinməsini tələb edir. Tərəfimizdən bu şəxsə media camiəsinin "LAZA” olmadığını anlatsaq da, adamın israrları davam edir. Conflict.az olaraq hüquq-mühafizə orqanlarına müraciət edirik: Xırdalan-Masazır yolunun sol tərəfində, yoldan təxminən 100-200 metr aralı məsafədə yerləşən "LAZA” restoranında otaqlara qoyulan yataq dəstlərinin səbəblərini araşdırsınlar, həmin iaşə obyektinin fəaliyyət istiqaməti haqqında məlumatı rəsmi şəkildə mətbuatlada bölüşsünlər. Bundan başqa Süleymanın şəxsiyyəti müəyyən edilsin. Nədən Süleyman deyilən şəxs mətbuata "LAZA” ilə bağlı məlumat vermək əvəzinə, media ilə hansısa şərtlə danışır.
Redaksiya yazıda adı çəkilən qurum və şəxslərin də mövqeyini dərc etməyə hazırdır. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]