İdman

“Neftçi”nin baş məşqçisi istefa verdi

5-03-2016, 18:19
“Neftçi”nin baş məşqçisi istefa verdi Xeberman.com məlumatına görə, çalışdırıcı bunu Topaz Premyer Liqasının XXIV turu çərçivəsində "Qəbələ” ilə matçdan sonra açıqlayıb.
 
Ardıcıl 4-cü dəfə məğlubiyyətlə üzləşən Abdullayev mətbuat konfransına qatılaraq, postundan getdiyini deyib. Başqa heç nə barədə danışmaq istəməyən mütəxəssis "Neftçi”nin uğursuzluğuna səbəb məhz məşqçi səhvləridi” sualını da cavabsız qoyub: "Bu barədə danışmaq istəmirəm”.
 
O, köməkçisi Samir Əliyevin yanında olmamasına da aydınlıq gətirib: "Samir burdaydı, yuxarıda oturmuşdu”.
 
Qeyd edək ki, "Qəbələ” ilə görüşdə hesabı "Neftçi” açsa da, yekunda 1:2 hesabı ilə uduzub.

Administratorla əlaqə

077 611-55-22

[email protected]