Ölkə

Fazil Məmmədovdan prezident İlham Əliyevə şok şikayət... - Oğlu ölkədən qaçaq salınan atanın FƏRYADI

3-03-2016, 19:15
Azərbaycan Resbublikasının Prezidenti İlham Əliyev cənablarına

Bərdə şəhər Vaqif küçəsi 11 saylı evdə yaşayan Əkbərov Cəmil Ağalar oğlu tərəfindən

ƏRIZƏ

Hörmətli Cənab Prezident!
Yazıb Sizə bildirirəm ki, oğlum Ağalarov Emin Cəmil oğlu 2012-ci il tarixdən VÖEN alaraq fıziki şəxs kimi kənd təsərrüfatı məhsullanın ixracı ilə məşğul olurdu. Bu fəaliyyətə başladığı müddət ərzində gömrük məntəqəsində aidiyati rüsümları Kənd Təsərrüfatı Nazirliyinə, Rusiya ərazisində müəyyən edilmiş rüsumlar ödəmişdir. Lakin 2 il keçdikdən sonra vergidən oğluma "şanlı məktublar" gəlməyə başladı Bizdən qanunlarımızın aliliyinə hörmətlə yanaşmayan bəzi vergi auditçiləri ağılasığmaz dərəcədə vergilər hesablayaraq ödəməyini tələb etmişlər. Oğlumla bərabər digər ixracatçılar da var ki, hamısına eyni qaydada 100 minlərlə manat vergi hesablamışlar. 

Oğlum Eminin audit yoxlamasmı aparan Namaz adlı şəxs olmuşdur. Vəzifələrindən sui istifadə edən vergi auditçisi böhtan xarakterli vergi borcunu yaradaraq oğlum Ağalarov Emini cinayyət məsuliyyətinə cəlb edilməsinə səbəb olmuşdur. Oğlum dəfələrlə istintaqa çağnlmış və istintaq aylarla davam etmişdir. Bundan sonra bu özbaşnalığa tab gətirə bilməyən oğİum psixi pozuntusu ilə əlaqədar müalicə olunması üçün ölkəni tərk elədi. Gedərkən öz vəkilinə onun əvəzinə məhkəmə məsələlərində və iqtisadi əməliyyatlarda iştirak etməsi üçün etibarnamə vermişdir lakin bunä baxmayaraq oğlum gedəndən 1-2 ay keçməmiş eşitdik ki, heç bir xəbərdarlıq və bildiriş verilmədən beynəlxalq axtarışa verilib. 

Hal hazırda harada olduğunn bılmirik. Səhətinin necə olduğundan da xəbərimiz yoxdur. Belə düşünürk ki,oğlum bu məsələ ilə bağlı haqqsız həbslərdən( Vəliyev Ramil Hüseyn öğlu 154 min böhtan xarakterli hesablanmış vergi nəticəsində 3.6 ay müddətində azadlıqdan məhrum edilib) qorxduğu üçün vətəninə qayıda bilmir.
Hörmətli Cənab Prezident! Bir valideyin kimi bu ağnları təkcə mən çəkmirəm, mənimlə bərabər tanıdığım iki Qarabağ Əlili Əsədov Aqil Adil oğlu, Şahlar eyni məzmunlu vergi böhtanları ilə istintaqda əziyət çəkirlər.

Sizdən xahiş edirəm ki, oğlumun axtarışnın götürülməsinə köməklik edəsiniz. Gəlsin vətəninə öz işlərini qaydasına salsın.
Cənab Prezident, oğlum 2007-ci ildən Ulu Öndərin təməlini qoyduğu Yeni Azərbaycan Partiyasının üzvüdür.
Cənab Prezident, bir seçici kimi sizdən xahiş edirəm ki, bəzi vergi auditçilərinin bu cür özbaşnalığının qarsısını alasmız. Çünki bununla əlaqədar çox müraciətlərimiz cavabsız qalıb.
Sizdən, Prezidenti olduğunuz dövlətin vətəndaşı kimi xahiş edirəm mənim oğlumu bu vergi və beynəlxalq axtarış bəlasmdan qurtarasımz.Mən bir ata kimi inanıram ki, mənim oğlumu bu bəladan qurtaracaqsınız. Biz mətbuatda da izləyirik ki, bəzi özbaşnalıq edən məmurlar cəzalandırılır və tutduğu məmur vəzifələrindən kənarlaşdırılır. Bu da Sizin daxili siyasətinizin nəticəsidir ki, öz töhvəsini verir.
Cənab Prezident bizlər Sizin bu haqq ədalət yolunda yanınızda olmağa həmişə hazırıq. Xahiş edirəm uyğun bir vaxtda məni qəbul edəsiniz. Cənab Prezident! əvvəlcədən öz təşəkkürümü bildirib, Sizdən köməyinizi əsirgəməməyinizə ümüd bəsləyirik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]