Gündəm

Gömrüklə bağlı ifşaedici faktlar baş gömrükçünü qorxuya salıb?

1-03-2016, 15:21

Aydın Əliyev nəqliyyat naziri Ziya Məmmədovun taleyini yaşaya bilər.

Gömrüklə bağlı dəhşətli faktların ard-arda ictimailəşdirilməsi baş gömrükçünü qorxuya salıb

Dövlət gömrük komitəsinin sədri Aydın Əliyev təşviş içindədir. Bu barədə redaksiyamıza daxil olan məlumatda deyilir ki, baş gömrükçünün təşvişə düşməsinin səbəbi son günlər gömrüklə bağlı yayılan neqativ materiallardır. Qeyd edək ki, bir neçə gün əvvəl iqtisadçı ekspert Qubad Ibadoğlu mətbuata Azərbaycan gömrüyündə idxalın qeydiyyatdan yayındırılması ilə bağlı araşdırma təqdim etmişdi.

Bu araşdırmaya görə, yalnız ötən il Rusiya, Türkiyə və Gürcüstandan Azərbaycana gətirilən 1 milyard 600 milyon dollarlıq məhsul gömrükdə qeydiyyata alınmayıb.

Dövlət Gömrük Komitəsi isə bu araşdırmaya özünəməxsus cavab verib. Rəsmi struktur bəyanatında ortada yaranan fərqi izah etməyə çalışıb. DGK bəyan edir ki, ölkələr arası xarici ticarət əlaqələrinə dair göstəriciləri müqayisə edərkən bir çox amilləri nəzərə almaq lazımdır. Bu məsələ beynəlxalq praktikada bu vaxta qədər aktual problem kimi qalır və bu sahədə geniş elmi tədqiqat işləri aparılır, amma hələ də vahid praktiki beynəlxalq tövsiyələr bu vaxta qədər tərtib olunmayıb.

Bundan başqa ekspert Vahid Məhərrəmov ölkəyə idxal olunan bir çox məhsulların aşağı qiymətlə rəsmiləşdirilməsi ilə bağlı dəhşətli faktlar açıqlamışdı.

Bunun ardınca Aydın Əliyevin bir müavinin – Nazim Məmmədovun baytarlıqdan generallığa gedən "yolu” ilə bağlı maraqlar məlumatlar yayılmışdı. Onun digər müavini – Ehtiram Xəlilovun isə dəbdəbəli həyat tərzi barədə faktlar ictimailəşdirilmişdi.

Bütün bunlar Aydın Əliyevin ciddi narahatlığına səbəb olub. Baş gömrükçü ölkədə böhranın dərinləşdiyi bir vaxtda gömrüklə bağlı bu cür faktların mətbuata ayaq açmasının onun üçün ciddi başağrısına çevrilə biləcəyini düşünür. Doğrudan da bu faktlar təsdiqini tapacağı təqdirdə Aydın Əliyev nəqliyyat naziri Ziya Məmmədovun taleyini yaşaya bilər. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]