İqtisadiyyat
RƏCƏBLİ İFLASIN BİR ADDIMLIĞINDA
29-02-2016, 20:48
21 dekabr devalvasiyasından sonra yaranan iqtisadi böhran ölkədə bir sıra özəl biznes sektorlarını xüsusən bankları çökdürdü.
Azərbaycanda əksər özəl biznes sektorlarının arxasında "iriçaplı” məmurların-deputatların, nazirlərin dayandığı hamıya aydındır. Deməli, bu çöküş həm də dövlət büdcəsini talan edən həmin oliqarxlaşmış məmurların çöküşüdür.
Dövlət büdcəsindən talanan, oğurlanan milyonlarla dollarların hesabına ailəsinin, qohumlarının adlarına mülklər yaradan məmur- oliqarxlardan biri də Lənkarandan deputat seçilmış Hadı Rəcəblidir.
Verilən informasiyaya görə, artıq Hadı Rəcəblinin də biznes imperiyası çökmək üzrədir. Məlumatda bildirilir ki, Lənkaran rayonunda yerləşən Rəcəbliyə məxsus "Palıdlı Sahil” restoranı 80 faiz işçisini ixtisar edib.
Hadı Rəcəbliyə məxsus "Palıdlı Sahil" restoranı
Hadı Rəcəblinin şəriki olduğu daha bir otel restoran - Xəzər dənizinin sahilində yerləşən tikintisinə 4 molyon ABŞ dollarından çox vəsait xərclənən "XƏZƏR PALASE” də iflas həddindədir.
"Xəzər Palase"
Qeyd edək ki, "XƏZƏR PALASE” otel-restoranının digər sahibi isə BDYP-nin şöbə rəisi- ölkədə bütün avtomobil nömrələrinin satışı əlində cəmlənən Müşviq Rəhimovdur. Müşviq Rəhimovla Hadı Rəcəbli biznes şərikliyindən əlavə həm də xalaoğludurlar.
Mənbə daha sonra qeyd edir ki, Hadı Rəcəbliyə məxsus onlarla obyektlərdən daha birisi Zaminbankın Lənkaran şəhərində yerləşən filialının inzibatı binasıdır.
Qeyd edək ki, filialın binası tarixi əhəmiyyətli tikilidir. Dəyəri yüz minlərlə ölçülür. Sonda mənbə vurğulayır ki, Hadı Rəcəbli dövlətin Lənkaran rayonuna ayırdığı pullara da "əl qoya bilir”.
Belə ki, 15 ildən artıq müddətdi ki, Hadı Rəcəblinin qardaşı İqbal Rəcəbli Lənkaran rayonunun maliyyə idarəsinin rəisidir. Rəcəblilər rayonun icra strukturlarının inventarlaşdırılmasında maxınasiyalar edərək dövlət vəsaitini talan edirlər.
Qeyd edək ki, hazırda Lənkəranda dövlət müəssisələrinin inventarlaşmasıyla məşğul olan özəl qurumlarla bağlı araşdırmalarımız davam edir.
\Qlobal.az\