Gündəm

“Hadı Rəcəbli niyə susur?!” - İfşa

1-09-2016, 00:33
"Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara 67 manat müavinət verilməsi ilə bağlı yazı sosial şəbəkələrdə çox böyük müzakirə doğurdu”

Bunu Politika.Az-a tanınmış vəkil Aslan İsmayılov söyləyib. 

Hüquqşünasın sözlərinə görə, hər məsələyə münasibət bildirən deputat Hadı Rəcəbli susur: "Müəllimlərə daş daşımağı məsləhət görən, Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri kimi birbaşa vəzifəsi həmin yazıda olanlara münasibət bildirmək olan Hadı Rəcəbli niyə susur?!” 

Vəkil qeyd edib ki, araşdırmalar absurdlar ölkəsində yaşadığımızı göstərdi: "Deməli qanuna görə yaşı 18-dək sağlamlıq imkanları məhdud olan uşaqlara 67 manat müavinət verilir. Qanun isə uşaqlar üçün yaşayış minimumunu 117 manat nəzərdə tutur. 

Yəni sağlamlıq imkanları məhdud olan uşaqlara (bu cür uşaqların davamlı reabilitasiya müalicəsinə ehtiyacı var) verilən müavinət qanunda adi uşaqlar üçün nəzərdə tutulmuş yaşayış minimumundan 50 manat azdır”. 

A.İsmayılov bildirib ki, Dövlət Statistika Komitəsinin 2013-cü il üçün hazırladığı hesabata görə ölkədə sağlamlıq imkanları məhdud uşaqların sayı 62866 nəfərdir: "Bu cür uşaqlara əsasən analar baxdığından işləmirlər və deməli ana və uşaq 67 manata dolanmalıdırlar. 

Belə hallarda ünvanlı sosial yardım almaq istəyənlər isə onlarla arayış toplamalı və addımbaşı rüşvət verməlidirlər. Bu cür uşaqların təhsil, tibbi xidmət, istirahət hüququndan danışmaq isə yersizdir. Bu sahəyə cavabdeh olan şəxslərdən bir anlığa özlərini bu uşaqlarının valideynlərinin yerində təsəvvür etmələrini xahiş edirəm”.

Administratorla əlaqə

077 611-55-22

[email protected]