Dünya

Türkiyədə 18 kamikadze hücumunun qarşısı alınıb

28-02-2016, 22:07
2016-cı il 1 yanvar tarixindən etibarən Türkiyənin xüsusi xidmət orqanları ölkədə 18 kamikadze hücumunun qarşısını alıblar.

"Report" xəbər verir ki, bu barədə "7TV" kanalına müsahibəsində Türkiyənin daxili işlər naziri Efkan Ala məlumat verib.

Onun sözlərinə görə, bu hücumlardan üçünün minalanmış avtomobil vasitəsi ilə törədilməsi planlaşdırılıbmış. DİN rəhbəri bildirib ki, bu maşınlar İstanbulda Bosfor Universitetinin yanında aşkar edilib.

Fevralın 17-də Ankaranın əhali sıx olan ərazisində minalanmış avtomobil partladılıb. Nəticədə 28 nəfər ölüb, 60-dan çox insan yaralanıb.

Administratorla əlaqə

077 611-55-22

[email protected]