Gündəm

NAXÇIVANDA SOSIAL ŞƏBƏKƏ AKTIVLƏRINƏ QARŞI TƏZYIQLƏR DAVAM EDIR: ONLARIN AİLƏLƏRİ İLƏ TƏHDİD OLUNUR

27-02-2016, 22:43
Bu barədə hazırda bir neçə saat əvvəl polislər tərəfindən evindən çıxarılaraq MR DİN-ə aparılan Tofiq Əliyevin qardaşı Abbas Əliyev məlumat verib. 
Abbas Əliyev Xəbərdar.net-ə deyib ki, MR DİN-ə aparılan qardaşının buraxılması müqabilində onun Naxçıvana qayıtması tələb olunur. 
"Bir neçə gün əvvəl qardaşımı DİN-ə çağıraraq məni soruşublar. O isə Bakıda yaşadığımı bildirib. Əməliyyat Axtarış şöbəsinin rəisi Qulu Rüstəmov mənim Naxçıvana, DİN-ə gəlməyimə 2 gün vax qoyub. Tofiqə bildiriblər ki, əgər mən qayıtmasam onu həbs edəcəklər. Dünən isə Qulu Rüstəmov Bacımla rastlaşıb və bacıma hədə qorxu gəlib. "Qardaşın gəlmədi ki, sizin başınıza görün nə oyunlar açacağıq, deyə təhdid edib”-deyə A. Əliyev bildirib.

Abbas Əliyev deyib ki, son zamanlar işləri ilə bağlı FB-də az görünsə də əvvəllər sosial şəbəkələrdə aktiv olub. O, hesab edir ki, baş verənlər səbəb onun vaxtı ilə sosial şəbəkədə aktiv olması və hakimiyyət əlehinə tənqidi materiallar paylaşmasıdır. 
Qeyd edək ki, Naxçıvandakı mənbələrimiz bir neçə gündür ki, FB istifadəçilərinin MR Daxili İşlər Nazirliyinə çağırılaraq təzyiq edildiyini, onlardan sosial şəbəkələrdə tənqidi materiallar yaymamaq və yazmamaq, habelə hakimiyyəti tərifləyən statuslar yazmaq tələb olunduğu ilə bağlı məlumatlar verirdilər. 
Məlumatlarda bildirilirdi ki, aktivlərə xəbərdarlıq edilir ki, onlar hakimiyyəti tərifləyən statuslar yazmalıdırlar,15 gün müddətə sosial şəbəkədə monitorinq aparılacaq. Hakimiyyəti tərifləməyənlər həbs olunacaq və işləyən qohumlarının işdən çıxarılacaq.

Məlumata görə, çağırılan gənclərdən bəziləri başa salınmaq üçün bir neçə gün DİN-də "qonaq” da saxlanılırlar. Bu azmış kimi sosial şəbəkədə aktiv olan, lakin Naxçıvanda yaşamayan fəallar da Naxçıvan DİN-ə çağırılırlar. Onların Naxçıvana qayıtması üçün isə qohumları təhdid edilir.
"Israrla Naxçıvana dönməmi istəyirlər. bildirilir ki, qayıtmayacağım təqdirdə ailə üzvlərimizi həbs edəcəklər və işləyən qohumlarımı işdən çıxaracaqlar. Artıq ailə üzvlərim DİN-ə çağırılıb və onalara lazımi xəbərdarlıq edilib. Bu gün axırıncı gündür ”-deyə təhlükəsizlik üçün adını açıqlamaq istəmədiyimiz sakin Xeberdar.net-ə bildirib.

Məlumatda əlavə olaraq qeyd edilir ki, bu əməliyyatı DİN-in Əməliyyat Axtarış Şöbəsinin rəisi Qulu Rüstəmov aparır.
Qeyd edək ki, bir neçə gün əvvəl naxçıvanlı iş adamı, təzyiqlərdən dolayı bir neçə ildir ailəliklə Muxtar Respublikanı tərk edərək Bakıda yaşayan Məmməd Qurbanovun kürəkəni Toğrul Abbasov polisə çağrılıb. Toğrul da o zamandan Bakıya köçüb və iki ildir Naxçıvana getmir. Naxçıvan MR DİN-in Pərviz adlı zabiti zəng edərək bir sutka ərzində Naxçıvana getməyəcəyi təqdirdə onun bacısını və digər qohumlarını girov götürəcəyi ilə hədələyib. Məmməd Qurbanov bildirir ki, hədə zəngi 070 871 85 85 nömrəsindən gəlib Maraqlı orasıdır ki, Toğrula hansı səbəbdən polisə çağırılması haqda məlumat verilmir. Toğrul bəyi hədələyən DİN zabitinin səs yazısı yayılmışdı və onu hədələyən polisin nömrəsi də paylaşılmışdı. 
Məsələyə aydınlıq gətirmək üçün Q.Rüstəmovla mobil telefon vasitəsi ilə əlaqə saxlamağa çalışsaq da cəhdimiz baş tutmadı.
Qeyd edək ki, hadisə ilə bağlı əlimizdə səs və video görüntü var. Bir neçə gün əvvəl 
Xeberdar.net olaraq qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq

Administratorla əlaqə

077 611-55-22

[email protected]