Ölkə

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindəki təzadlar

27-02-2016, 19:20

Ədliyyə Nazirliyinin Kollegiyası "Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində informasiya azadlığı ilə bağlı daxili icraat Qaydaları”nda dəyişiklik edib. Bu Qaydalar ədliyyə orqanlarında, habelə Ədliyyə Nazirliyi tərəfindən aparılan elektron informasiya ehtiyatlarında mövcud olan informasiyalardan hamı tərəfindən sərbəst və maneəsiz şəkildə, bərabər şərtlərlə, açıq cəmiyyətin və demokratik hüquqi dövlətin prinsipləri əsasında əldə olunmasının təmin edilməsi üçün Ədliyyə Nazirliyinin daxili icraat qaydalarını tənzimləyir.

Qaydaya əsasən, informasiyanın əldə edilməsinə o şərtlə icazə verilir ki, bu, Azərbaycan Respublikasının siyasi, iqtisadi, hərbi, maliyyə-kredit və valyuta siyasəti sahələrində maraqlarının qorunması, ictimai qaydanın, sağlamlığın və mənəviyyatın mühafizəsi, digər şəxslərin hüquq və azadlıqlarının, kommersiya və digər iqtisadi maraqlarının qorunması, məhkəmənin nüfuzunun və qərəzsizliyinin təmin edilməsi məqsədlərinə zidd olmasın. Dəyişikliklə bu sahədə şərtlər artırılıb.sn_813-2

Başqa sözlə, informasiyanın əldə edilməsinə həm də o şərtlə icazə veriləcək ki, bu, cinayət işləri üzrə ibtidai araşdırmanın normal gedişinin təmin edilməsi məqsədlərinə zidd olmasın (APA). Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Gennadi Zelmanoviçin fikrincə, yəhudi, müsəlman, katolik və pravoslav icmaları tərəfindən mətbu nəşrlərin yaradılması aktual deyil. "Ona görə ki, bu nəşri heç kim almayacaq və o, rentabelli olmayacaq”, – deyə Bakı Avropa Yəhudiləri Dini İcmasının sədri Gennadi Zelmanoviç bildirib.

Bakı Yevangelist Baptist Xristian Kilsəsinin baş presviteri İlya Zençenko deyib ki, onların da mətbu nəşri yoxdur: "Amma yaratmağı planlaşdırırıq”. İ.Zençenkonun sözlərinə görə, icmanın 2002-ci ildı Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsində təsdiq olunan nizamnaməsi mətbu nəşrin də dərc olunmasını nəzərdə tutur. "Lakin digər tərəfdən "Dini etiqadlar haqqında” Qanunun 22-ci maddəsinə görə, mətbu nəşr təsis etmək üçün, dini təşkilatlar Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsndən razılıq almalıdırlar, lakin bu da komitədə təsdiq olunan nizamnaməmizə ziddir”, – deyə İlya Zençenko qeyd edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]