Gündəm

İlahiyyatçı Ramil Seyfullayevə hökm oxunub.

25-02-2016, 00:01
Xeberman.com saytı xəbər verir ki, 26 noyabr Nardaran hadisələrində Gəncə şəhərində həbs olunmuş 5 nəfərdən 3- ü şəxsi vəkilləri ilə təmin olunub. Ruhani Seyfullayev Ramil Suliddin oğlunun bu gün (24/02/2016) 11:00 da Nəsimi rayon məhkəməsində Hakim Babək Pənahov tərəfindən istintaq müddətinin 2 ay uzadılması haqqında hökm verilib. Təqsirləndirilənin vəkili Qanqa İbrahimov öz etirazını bildirərək bu haqda Apelyasiya şikayəti verəcəyini deyib. Vəkilin bu gün Ramil Seyfullayevlə ilk görüşü yalnız məhkəmə zalında olub, vəkil Qanqa İbrahimov yaxın günlərdə istintaq təcridxanasında Ramil Seyfullayevlə görüşdən sonra İctimaiyyetə etraflı məlumat verəcəyini qeyd edib.Ramilin ailəsinden aldığımız məlumata əsasən bir neçə gün əvvəl zəng vurub səhhetindən şikayət etdiyi bildirilir, onu da qeyd edək ki Ramil ürək çatışmamazlığı diaqnozu ilə 3- cü qrup əlildir. Bu gün sənədləri istintaq təcridxanasının baş həkiminə təqdim olunub. Həkim müayinədən sonra məlumat verəcəyini bildirib.
Xeberman.com saytı xəbər verir ki, Ramil Seyfullayev göndərdiyi məlumatda səhhətində yaranmış problemlərə baxmayaraq mənəvi ruhiyyəsinin əla olduğunu və tağutla mübarizəsinə davam edəcəyini qeyd edib

Administratorla əlaqə

077 611-55-22

[email protected]