Ölkə

İsmət Abbasovun pomidor “parnik”i üzə çıxdı - ŞOK İDDİA

24-02-2016, 21:12
Keçmiş kənd təsərrüfatı naziri, hazırda baş nazirin müavini postunu tutan İsmət Abbasovla bağlı unikal.org-a ilginc məlumat daxil olub 

Bu barədə sayta verilən məlumata bildirilir ki, hələ kənd təsərrüfatı naziri olduğu dövrdən indiyə qədər İsmət Abbasovun Sumqayıtda (Bakı-Quba yolu ərazisində) hektarlarla ərazidə "istixana" kompleksi fəaliyyət göstərir. 

Bizi bilgiləndirən şəxsin sözlərinə görə, nazir ərazidə hektarlarla torpaq alaraq istixananı inşa etdirib. İstixanalarda yalnız pomidor becərilir. Becərdiyi pomidorlar isə təkcə Azərbaycana deyil, o cümlədən Rusiya və digər MDB ölkələrində satışını həyata keçirir.

 

 

Administratorla əlaqə

077 611-55-22

[email protected]