Gündəm

Papa Bakıya gəlir — polis hazırlığa başladı

2-10-2016, 01:48
Papa Bakıya gəlir — polis hazırlığa başladı

Roma Papası II Françaisin Azərbaycana sabah baş tutacaq səfəri ilə bağlı yüksək səviyyədə təhlükəsizlik tədbirləri həyata keçiriləcək.

Xeberman.com fins.az-a istinadən bildirir ki, bu barədə Bakı şəhər Baş Polis İdarəsi məlumat verib.

Papanın səfəri ilə bağlı təhlükəsizlik tədbirlərinə əsasən, Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşları rəhbərlik etsələr də, prosesə əlavə polis qüvvələri də cəlb olunacaq. Bu, ən üst dərəcəli təhlükəsizlik tədbiri olacaq. Bir günlük səfər zamanı Papanın gedəcəyi məkanlar nəzarət altında saxlanılacaq, müəyyən yollarda avtomobillərin hərəkətinə məhdudiyyət qoyulacaq.

Qeyd edək ki, səfəri zamanı Azərbaycan prezidenti və dini liderlərlə görüşlər planlaşdırılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]