Ölkə

İlhamənin köməkçisinin əri: "Bizdən 45 min istədilər"

22-02-2016, 01:38
İlhamənin köməkçisinin əri: "Bizdən 45 min istədilər"

Xalq artisti İlhamə Quliyevanın keçmiş köməkçisi Mehriban Hüseynovanın həyat yoldaşı Tofiq Hüseynov primadonna ilə bağlı şok açıqlamalar verib.

Xeberman.com publika.az-a istinadən xəbər verir ki, T.Hüseynov bir müddət öncə, İlhamə Quliyevaya müraciət edərək barışıq təklifi etdiyini, əvəzində sarsıldığını deyib:

"İlhaməyə zəng etdim, ona dedim ki, siz də tanınmış insansınız, Mehriban da. Gəlin barışın, hər şey bitsin. Haqsız yerə bir insanı həbsə atdırmaq ədalətsizlikdir. Biz danışdığımız vaxt oğlu Orxanın dostu Vüqar telefonu onun əlindən aldı. Dedi ki, yaxşı, biz razıyıq, amma Mehribanın bizə vurduğu ziyanın əvəzində 45 min manat pul gətirməlisən. Şok oldum ki, ay qardaş, axı Mehriban sizə hansı ziyanı vurub ki, hələ bir 45 min də pul ödəsin. Sonradan bir də İlhaməyə zəng vurmadım. Bilirəm ki, xeyri olmayacaq, dediyini deyəcək".

Administratorla əlaqə

077 611-55-22

[email protected]