Layihə

Fərqanə Gülağaqizi ilə "SINIQ QƏLBLƏRİ OVUNDURAQ!"

16-07-2015, 11:40
Teleaparıcı-jurnalist Fərqanə Gülağaqızı həmkar dostları ilə birlikdə Ramazan ayında "Sınıq qəlbləri ovunduraq!” devizi altında Bilgəh qəsəbəsində yerləşən qocalar evini ziyarət ediblər. Müxtəlif bayram hədiyyələri və ərzaq məhsulları ilə yaşlıların Ramazan bayramını təbrik edən Fərqanə Gülağaqızı və həmkarları ziyarət zamanı onlarla maraqlı söhbətlər aparmış, xüsusi qayğıya, sevgiyə ehtiyacı olan ahılların qəlblərini sevindirmiş, bir anlıq da olsa qocalara övlad qayğısını yaşatmağa çalışmışlar.Teleaparıcı-jurnalist Fərqanə Gülağaqızı qocalar, eləcədə uşaq evlərinə tez-tez getdiyini və hər dəfə kədərləndiyini bildirdi və qeyd etdi ki: "Hər dəfə bu cür tədbirdən sonra insanın həyata baxışı dəyişir. Həqiqətən bu cür anaların, ataların atıldığını görmək ürəkaçıcı deyil. Qocalar evində məskunlaşan ana-atalarımız üçün nə qədər yaxşı şərait yaradılsa da, onların öz övladları ilə, yaxınları ilə birlikdə yaşamasını arzu edirik. Çünki dünyanın ən gözəl yeri belə onlara evlərinin və övladlarının sevgisini əvəz edə bilməz”. Fərqanə Gülağaqızı vurğulayıb ki, bu ziyarətin əsas mahiyyəti qayğıya ehtiyacı olan insanların könüllərini şad edib, sosial məsuliyyət prinsiplərini insanlara bir daha xatırlatmaqdır. Bilgəh qocalar evində ki, ahıllara yaradılmış şərait üçün teleaparıcı bird aha ölkənin birinci xanımı Mehriban Əliyeya dərin təşəkkürünü bildirmiş, onun bütün atdığı addımlarının Azərbaycan xalqı tərəfindən dəstəkləndiyini vurğulamışdır. Qocalar evinin rəhbəri Qətibə xanıma da minnətdarlığını bildirən Fərqanə Gülağaqızı sonda qeyd etdi ki, bu cür ziyarətlər zamanla davam edəcək.






Administratorla əlaqə

077 611-55-22

[email protected]