Ölkə

Kərəm Həsənov 3 idarəni sökdürüb, yerində 3 villa tikdirdi - FOTO

14-02-2016, 13:55
Kərəm Həsənov 3 idarəni sökdürüb, yerində 3 villa tikdirdi - FOTO
Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənovla bağlı olduqca ilginc məlumat yayılıb. Demokratiya.info "Cəlilabadimiz" səhifəsinə istinadən xəbər verir ki, məsələnin ilginc tərəfi komitə sədrinin Cəlilabad rayonunun düz mərkəzində özbaşınqalığa imza atmasıdır. 

Səhifə yazır ki, Kərəm Həsənov Cəlilabad rayonunun mərkəzində yerləşən 8 saylı orta məktəbin arxasını hasarlayaraq, özünə böyük malikanə salmağa başlayıb. Əvvəlcə hündür hasar çəkdirib, sonra oradakı 3 böyük idarənin binasını sökdürən komitə sədri, yerində 3 böyük villa tikdirir. 

Dəhşətli məqam odur ki, həmin ərazidə uşaq xəstəxanası, stomotoloji klinika və sürücülük məktəbi var idi. Hər üç idarənin cəmiyyət üçün nə qədər faydalı olduğunu isə deməyə gərək yoxdur. Lakin Kərəm Həsənov üçün cəmiyyətin önəm daşımadığı elə tutduğu əməldən də məlumdur. 


Komitə sədrinin qanunsuz şəkildə belə bir addım atmasına hüquqi qiymət verilməlidir. Çünki hər üç obyekt mahiyyət etibarı ilə əhəmiyyətli strukturlar sayılırlar və insanlara xidmət etməklə məşğul olublar. Onların yerində villanın inşa edilməsi heç nəyi dəyişmədiyi kimi, onların qalması isə insanlara xidmətə yarayacaqdı. Görünür, Kərəm Həsənov Cəlilabadlı olsa da, cəlilabadlılara qətiyyən sayğı duymur. 

Rayon camaat isə Kərəm Həsənovun bu hərəkətində qəribə bir şey görmür. Onlar deyirlər ki, komitə sədrinin çox sayda özbaşınalıqları ilə qarşılaşıblar. Ona görə də, belə vəziyyətlərə təəccüblənmirlər. Sadəcə, insanları narahat edən bir məqam var. Onlar düşünürlər ki, əgər bu gün rayonun mərkəzində 3 iri dövlət obyektini söküb, yerində villa tikəcək qədər cəsarət sahibidirsə, o zaman Kərəm Həsənov onların evlərini də əllərindən alıb, küçəyə ata bilər. 

Qarşı tərəfi də dinləməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]