Əsas Səhifə / Dünya

ABŞ-ın Türkiyədəki səfiri XİN-ə çağırılıb

10-02-2016, 00:09
ABŞ-ın Türkiyədəki səfiri Con Bass  Xarici İşlər Nazirliyinə çağırılıb. 

APA-nın "Anadolu”ya istinadən verdiyi xəbərə görə, səfirdən ABŞ Dövlət Departamentinin sözçüsü Con Kirbinin PYG terror təşkilatına dair açıqlamasına aydınlıq gətirməsi tələb olunub.  
 
XİN nümayəndəsi Ümit Yalçın Con Kirbinin PYG –yə dair açıqlamasından təəssüfləndiyini ifadə edib.
 
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin sözçüsü C. Kirbi keçirdiyi mətbuat konfransında ölkəsinin YPG silahlı birləşməsini terror qruplaşması kimi tanımadığını və ona dəstəyini davam etdirəcəyini bildirib. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]