Əsas Səhifə / Dünya

Türkiyədə dəhşətli qəza: 7 ölü, 16 yaralı

8-02-2016, 23:34
Türkiyənin Diyarbəkir vilayətində ağır yol qəzası baş verib.
 
APA-nın "Milliyet”-e istinadən verdiyi məlumata görə, Kulp-Lice yolunda şagirdləri daşıyan mikroavtobus yük maşını ilə toqquşub.
 
Hadisə nəticəsində, məktəblilər daxil olmaqla 23 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Yaralılar xəstəxanaya çatdırılıb. Həkimlərin səylərinə 7 nəfərin həyatını xilas etmək mümkün olmayıb, daha 16-nın müalicəsi davam edir.
 
Qəzanın başvermə səbəbləri barədə məlumat verilmir. Faktla bağlı araşdırma aparılır. 

Administratorla əlaqə

077 611-55-22

[email protected]