İqtisadiyyat

Azərbaycan bəzi siqaretlər ucuzlaşıb - SİYAHI

8-02-2016, 23:17
Azərbaycanda bəzi siqaret markalarının qiyməti enib.
 
"Japan Tobacco International" şirkətindən "APA-Economics"ə verilən məlumata görə, bu gündən "Whinston", "Sobranie" və "Camel" markalı siqaretlərin qiymətində azalma baş verib.
 
Bundan başqa, şirkətin istehlakçılarına təklif etdiyi "More" markalı siqaret 2 həftə öncə 1,20 manata qədər ucuzlaşıb.
 
Şirkət rəsmisi bildirib ki, "Whinston" markalı siqaretin qiyməti 3,30 manatdan 2,80 manata, "Sobranie" (böyük) 7 manatdan 5 manata, "Camel" 3,50 manatdan 3 manatadək enib.
 
"Ucuzlaşmaya səbəblərdən biri tələbatın azalmasıdır. Bununla yanaşı, bahalaşmadan sonra bazarda qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilən siqaretlərin sayı artdı. Bunun qarşısını almaq üçün bu addımı atmalı olduq", - deyə şirkət rəsmisi qeyd edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]