Gündəm

Yusif Yusifov GDU-da korrupsiya şəbəkəsi yaradıb

7-02-2016, 21:29
Yusif Yusifov GDU-da korrupsiya şəbəkəsi yaradıb
Təhsil ocağında vəzifələrin hansı qiymətə satıldığı üzə çıxıb, rektor əsl bazar yaradıb 
Gəncə Dövlət Universitetinin rektoru Yusif Yusifovun yaratdığı korrupsiya şəbəkəsi üzə çıxmağa başlayıb. Artıq iş o həddədir ki, Yusifovun ən yaxın adamları da bunu etiraf etməyə başlayıb. 
Yusif Yusifovun GDU-da yaratdığı korrupsiya şəbəkəsi
Unuversitetdə dekan olmaq neçəyədir? 
Gəncə Dövlət Universitetinin bir qrup professor-müəllim heyətinin adından redaksiyamıza müraciət daxil olub. Surəti ölkə başçısı İlham Əliyevə və təhsil naziri Mikayıl Cabbarova ünvanlanmış müraciətdə GDU-da qanunsuzluqlar baş verdiyi iddia olunur. Müraciətdəki bir çox məqamalrı diqqətinizə çatdırırıq. 
"Gəncə Dövlət Universitetində baş verən rüşvət yığımları, rəhbərlik tərəfindən müəllim və tələbələrə qarşı yol verilən haqsızlıqlar və digər qanun pozuntuları barədə kütləvi informasiya vasitələrində demək olar ki, hər gün məlumat getməsinə baxmayaraq, GDU-nun rektoru Yusif Yusibov" burda mənəm, Bagdadda kor xəlifə" prinsipini üstün tutub. Buraxılış və bəzi kursların yay imtahan sessiyasını yığılmış rüşvətin həcminə görə uğurla başa çatdıran Yusif Yusibov tərəfindən dekanlara ciddi şəkildə tapşırıq verilib, bütün fakültələr üzrə pul əvvəlcədən yığılır.Universitet rəhbərliyi hamının gözündən pərdə asmaq üçün imtahan otaqlarına kameralar quraşdırıblar. Və bununla guya, hər şeyin şəffaf olduğunu nümayiş etdirməyə çalışırlar. «Əslində isə vəziyyət tamam başqadır. Bütün alver dekanlıqda reallaşır. Tələbə haqqını dekanın otağında verib, imtahanlardan keçir. Əks təqdirdə, onun qiymət alması mümkün deyil» Dekanlar pullari yığib bu işə təhkim olunmuş prorektor Asif Cavadova təhvil verirlər. Bu o Asif Cavadovdur ki, rüşvətxorluğuna görə vaxtilə vəzifədən qovulmuşdu” deyə müraviətdə qeyd olunur.
Yusif Yusifovun GDU-da yaratdığı korrupsiya şəbəkəsi
"GDU-nun tələbələri isə yeni tariflər qarşısında qalmışlar. Məhz bu tariflərə görə Gəncə Dövlət Universitetində növbəti semestrin bütün imtahanlarının birgə, yəni "topdansatış” qiyməti təxminən 500-600 manat civarında müəyyənləşdirilib.Universitetdə oxudun-oxumadın hamıdan bir nəfər kimi pul yığılır. Tələbələr imtahanda sualların cavablarını düz yazsa da, onlara heç olmasa ”3" də vermirlər. "3"ün qiyməti 70, ”4"ün 80, "5"inki isə 100 manatdır. Pedaqoji təcrübəyə getməmək müqabilində isə 150-200 manat pul yığılır. Hətta pedaqoji təcrübəyə getmək istəyənlər olsa da onlardan 50 manat pul tələb olunur.Təcrübənin hal-hazırda qızğin vaxtıdır, amma yoxlayın, təcrübə olan yerlərdə bir nəfər tələbə tapmaq müşgül işdir.
Gəncə Dövlət Universiteti tələbələrdən məcburi pul yığımlarının təşkilinə görə bir çox paytaxt universitetlərini belə kölgədə qoyub.Pul yığımlarının təşkili və bu prosesə nəzarət əsasən, fakültə dekanlarına həvalə olunmuşdur. Elə növbəti semestr imtahanları və dövlət imtahanları üçün yığım prosesinə başlanma xəbəri də məhz bu şəxslər tərəfindən elan olunmuşdu.Dövlət imtahanı üçün bəri başdan 500 manatdan yığıldı.Universitetdə özbaşınalıq, rüşvətxorluq, müxtəlif maliyyə maxinasiyaları baş alıb gedir, bütün vəzifələrə təyinat rüşvətlə həyata keçirilir. Dekanlar(20000 manat), kafedra müdirləri(10000 manat) və müəllimlər(5000-8000 manat), hətta laborantlar(3000-5000 manat) belə rüşvət müqabilində təyin olunurlar. Gəncə Dövlət Universitetinin tarixində indiki kimi rüşvətxorluq olmayıb, bu da Mikayıl Cabbarovun qoyduğu rektorun və və vaxtilə müsavat, milli-istiqlal partiyalarının üzvü olan prorektorların sayəsində olub. Universitetdə yaşanan problemlərdən biri də rektor Yusif Yusibov tərəfindən israrla həyata keçirilən "qohumbazlıq siyasəti” ilə bağlıdır. Məhz bu siyasətin nəticəsi olaraq universitetin ştat siyahısı "ölü canlarla” xeyli zəngindir” – deyə müraciətdə qeyd olunur.
Yusif Yusifovun GDU-da yaratdığı korrupsiya şəbəkəsi
Davam edən müraciətlərdə dəhşətli məqamlardan bəhs olunur 
Bir başqa müraciət isə Gəncə Dövlət Universitetinin bir qrup müəllimi tərəfindən yayılıb. "Keçən ilin fevral ayında Prezident İ.Əliyevin verdiyi sərəncamla Yadigar Əliyevin Gəncə Dövlət Universitetinə rektor təyin olunması ilə universitetdə baş verən rüşvətxorluğa və müxtəlif neqativ hallara son qoyuldu. İllərdir bu elm ocağında təhsil alan tələbələrin arzusunda olduğu şəffaflıq, rüşvətsiz, korrupsiyasız təhsil sistemi yaranan bir vaxtda müəyyən qruplaşmalar hərəkətə keçdi.
Rektor Yadigar Əliyev təhsil ocağında illərdir hökm sürən problemlərin həllinə çalışdığı və buna müəyyən qədər də nail olduğu, zamanın tələbi olan mütərəqqi metodları tətbiq etməyə, islahatlara başladığı bir vaxtda maddi maraqlarını, mənfəətlərini güdən qruplaşma bu prosesi süngü ilə qarşıladı və nəticədə Yadigar Əliyev cəmi 8 ay rektor kürsüsündə otura bildi. İşlədiyi bu 8 ay ərzində Yadigar Əliyev aylığa, illiyə, həftəliyə buraxılan tələbələrin hamısını dərsə gətirtdirdi, davamiyyəti bərpa etməklə, həm rüşvətin kökünü kəsdi, həm imtahanlarda obyektivliyi bərpa etdi, həm də illərdən bəri rüşvətlə yaşayıb nəfsinin qulu olan, öz maddi marağı naminə gələcəyimizi baltalayan, dünyaya qarnının gözü ilə baxan kirli pula bulaşmış elm nadanlarını… özünə qarşı bir cəbhədə, bir qrupda birləşdirdi.
Yusif Yusifovun GDU-da yaratdığı korrupsiya şəbəkəsi
Bəli, Yadigar müəllim rüşvətə qarşı mübarizə aparırdı. Onun əleyhinə birləşənlər isə, prorektor Y.Yusifov başda olmaqla, İldırım Qasımov, Asif Cavadov və digərləri rüşvətə qarşı mübarizə aparanla mübarizə aparırdı. Prorektor Yusif Yusifov, kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev, fizika və texniki fənlər fakültəsinin dekanı İldırım Qasımov, Asif Cavadov və rüşvət mexanizminin katalizatoru olan mafioz qrupun digər üzvləri, yəni tələbələri "illiyə” buraxan digər fakültələrin dekanları, üstəgəl Universitet xaricində olub da amma buradakı qrupu öz maraqlarının müdafiəçisinə çevirənlər bu qədər məbləğin itirilməsini yeni rektora bağışlayardılarmı?! Heç bağışlamadılar da!…
Məlumunuz olsun ki, prorektor Yusif Yusifov maliyyə nazirliyinin tabeliyindəki Dövlət Maliyyə Nəzarəti Xidmətinin rəisi olan Cavanşir Yusifovun qardaşıdır və maliyyə nazirinin müavini olan Azər Bayramovla həm iş yoldaşı, həm də dostdurlar. Azər Bayramovun qardaşı Ceyhun Bayramov isə təhsil nazirinin 1-ci müavinidir. Demək belə, prorektor Yusif Yusifov sözünü-istəyini qardaşı Cavanşir Yusifova, o da öz növbəsində maliyyə nazirinin müavini olan iş yoldaşı və dostu Azər Bayramova, o da təhsil nazirinin müavini olan qardaşı Ceyhun Bayramova, Ceyhun Bayramov da nazir Mikayıl Cabbarova çatdırırdı. Nəticədə, bu adamların təzyiqi ilə Yadigar Əliyevə məcburi istefa ərizəsi yazdırıldı.İndi GDU-nun qara günləri yenə başlayıb, universitetdə özbaşınalıq baş alıb gedir. Vəzifələrə kadrlar bacarığına görə yox, verdiyi rüşvətə görə təyin olunur. Yadigar Əliyevin çıxarılmasında birləşən dəstənin üzvləri vəzifələrə gətirilir, tələbələrdən pul alınması üçün müxtəlif vasitələr tətbiq olunur. Yadigar Əliyevin vaxtında rektora dəstək olan müəllimlər təqib olunur, onların dərs saatları azaldılır. Universitetdə tədris prosesi tamamilə pozulmuşdur. Dərs zamanı tələbələr dərsdən ayrılaraq iməciliklərə, muzeylərə aparılır. Dərs başlayan kimi dekan və dekan müavinləri gəlib tələbələri yoxlayır, bunlar otaqdan çıxmamış tyutorlar , ardınca tədris şöbəsinin işçiləri, onun ardınca monitorinq qrupunun üzvləri auditoriyaya girib mənasız yoxlanış aparırlar,dekanların və kafedra müdirlərinin səlahiyyətləri əlindən alınmışdır. Beləliklə, dərsin yarıdan çox hissəsi yoxlanışlara gedir. Axırıncı elmi şurada yoxlanışa gələn Urfan müəllimlə bizim fakültənin dekanı, professor H.Sadıqov arasında əlbəyaxa dava düşmüşdür. Urfan müəllim uzun illərdir ki, universitetdə adı işdə ola-ola, Bakıda,habelə Rusiyanın müxtəlif şəhərlərində ticarətlə və taksi fəaliyyəti ilə məşgul olurdu. İndi isə rüşvət verib tarix fakültəsinə dekan olmaq istəyir. Belə bir intizamsız, savadsız, illərlə işə gəlməyən şəxsi rektor davamiyyəti və dərsləri yoxlamaq üçün bizim fakültəyə göndərir. Özünün intizamı olmayan bu şəxs tarix fakültəsində əmək intizamının olmamasını elmi şurada dedikdə həmin şəxslər arasında dava düşmüşdür.
Fakültələrdən birinin dekanı ağsaqqal olmağına, müəllim kimi şərəfli adı daşımağına baxmayaraq etik qaydalara sığmayan hərəkətlərlə məşğuldur. Belə ki, dekan adlandırılan həmin professor ailəsindən boşanmış laborant bir xanımla auditoriyalarda min hoqqadan çıxır, həmın xanımı tyutor vəzifəsinə təyin etmişdir və demək olar ki, fakültə dekanlığının bütün işlərini həmin laborant xanım idarə edir,həmin fakültə tələbələrindən otaqların pəncərələrinə jalüzlər, koridorlara xalçalar alınması üçün pul yığılır. GDU-nun büdcəsində olan pullar isə hara gəldi xərclənir. Kafedralara verilən inventarlar artıq yazılır, bir neçəsi kafedralara veriləndə qalan əksər hissəsi mənimsənilir. Məlum olduğu kimi, Yusif Yusifovun qardaşı Cavanşir Yusifov maliyyə nazirliyində büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinə nəzarət edən xidmətin rəisidir. Bu isə o deməkdir ki, Yusif Yusifov maliyyə məsələlərinin təyinatı üzrə xərclənməsində "sərbəstdir”.Kollekvumlarda rüşvətxorluq baş alıb gedir. Bir kollekviumun qiyməti 40-50 manat həcmində müəyyənləşdirilib. Yusif Yusifovun rektor təyinatından sonra universitetdə «çiçəyi açanlar» da var:
"Keçmiş rektora qarşı mübarizədə Yusif Yusifova hərtərəfli dəstək verən kimya-biologiya fakültəsinin dekanı İsfəndiyar Alverdiyev, fizika və texniki fənlər fakültəsinin dekanı İldırım Qasımovun yeni təyinatdan sonra ulduzları parlayıb. Onlar özlərini Yusif Yusifovun faktiki şərikləri kimi aparmağa başlayıblar. Görəsən, Gəncə Dövlət Universitetindəki bu anarxiyaya son qoyan tapılacaqmı?»

 

 
 

Administratorla əlaqə

077 611-55-22

[email protected]