Foto Fakt

“Araz” marketin şokoladından qurd çıxdı – Foto

6-02-2016, 23:55
“Araz” marketin şokoladından qurd çıxdı – Foto

"Araz” marketin satdığı şokoladın içərisindən qurd çıxıb.

Xeberman.com-un xəbərinə görə, Feysbuk sosial şəbəkəsində bu faktı təsdiqləyən foto yayımlanıb. Şokoladın hansı firmaya aid olduğu açıqlanmayıb.

Şikayətçilər həm marketin, həm firmanın məsuliyyət daşıdığını qeyd edib. Marketin satdığı məhsulların keyfiyyətinə nəzarətsizliyində buraxdığı boşluqlar nəticədə alıcıların narazılığına səbəb olur.

"Araz” marketlə bağlı şikayətlər ilk dəfə ictimailəşmir. Daha əvvəl də narazılıqlar olub. Məsələn, bu günlərdə marketin müştəriləri aldatması sübut olunub.

Alıcılardan biri Masazır yolunda yerləşən "Araz” marketdə başına gələnləri danışıb. O, 08.10.2015-ci il tarixində saat 17:30 radələrində Masazır yolu üzərində yerləşən "Araz” Marketdə üzərində qiyməti 60 qəpik göstərilən "Gillet”ə kassada 69 qəpik ödəyib:

"Ancaq bunlar kifayət deyilmiş kimi "Səba” broylerin istehsalı olan və üzərində çəkisi şəkildən də göründüyü kimi 1.120 qram göstərilən toyuğun çəkisini marketdə 1.978 qram hesablayıb millətin cibinə girirlər. "Araz” Marketdə özünü rəhbərliyin nümayəndəsi kimi təqdim edən şəxs isə "hara istəyirsiniz şikayət edin” deyib”.

Ümumiyyətlə, "Araz” marketdə vitrindəki qiymətlə qəbzə vurulan qiymət arasında kifayət qədər fərq olur. Bununla da, "Araz” marketin rəhbərliyi istehlakçıların hüquqlarını pozaraq külli miqdarda gəlir əldə etməyə çalışır. Şikayətçilər bildirir ki, "Araz Supermarket”də meyvə-tərəvəz həddən artıq baha olur.

 
 


Administratorla əlaqə

077 611-55-22

[email protected]