Kriminal

“Aztelecom”dan oğurluq edən tutuldu

4-02-2016, 14:15
Xeberman.com Daxili İşlər Nazirliyinin saytına istinadən bildirir ki, fevralın 3-nə keçən gecə Masallı rayonunun Səmidxan kəndində "Aztelecom” MMC-yə məxsus işlək vəziyyətdə olan yeraltı rabitə kabelinin 250 metrlik hissəsi kəsilərək oğurlanıb.

Masallı Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən rayon sakini İlqar Mustafayev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]