Ölkə

Cəlilabad Diaqnostika Mərkəzində xəstələrə hansı «diaqnozu» qoyurlar?

2-02-2016, 01:31
Eldar Hacıyev müalicə üçün gələnlərin dərdini yox, cibinin pulunu düşünür

Cəlilabad Diaqnostika Mərkəzinin baş həkimi işdə ciddi özbaşınalıqlara yol verməklə yanaşı, həm də əhalini narazı salmaqdadır. Demokratiya.info xəbər verir ki, Eldar Hacıyevin bu hərəkətlərindən bezən xəstələr isə Səhiyyə Nazirliyinin qapısını yağır etməkdən beziblər. 
Cəlilabad Diaqnostika Mərkəzində xəstələrə hansı «diaqnozu» qoyurlar?
Qeyd edək ki, Eldar Hacıyevi onun yanına gələn xəstənin durumu yox, cibinin vəziyyəti maraqlandırır. Əgər «müştəri» pulludursa, ona canla-başla qulluq edirlər, müayinəyə aparırlar. Yox, kasıbın biri qapıda dayanıbsa, onu saymamaq bir tərəfə, elə diaqnozlar qoyurlar ki, adam intihar etmək həddinə qədər çatır. 
Cəlilabad Diaqnostika Mərkəzində xəstələrə hansı «diaqnozu» qoyurlar?
Demokratiya.info bildirir ki, hər ay minlərlə manat qazanc əldə edən baş həkimin bir başqa qazancı da dövlət büdcəsindən ayrılan pulların mənimsənilməsidir. Məsələn, Eldar Hacıyev yenicə tikilmiş Cəlilabad Diaqnostika Mərkəzinin su və kanalizasiya işlərinin bərbad halda olmasını əsas gətirərək, 8000 manat pul silib. Cəlilabadda adi vətəndaşlar bu qədər pula nəinki kanalizasiya çəkir, hətta ev də tikdikləri halda, baş həkim üçün bu rəqəm kiçik görünür. 
Cəlilabad Diaqnostika Mərkəzində xəstələrə hansı «diaqnozu» qoyurlar?
Bir başqa mətləb də idarənin digər xərcləri ilə bağlıdır. Bunun üçün 14 min manatın sərf edildiyi sənədləşdirilib. Hərçənd Eldar Hacıyev rahat kreslolarda, bahalı mebellərin arxasında əyləşməyi sevənlərdəndir. Elə buna görədir ki, baş həkim ötən il yumuşaq inventarların alınmasına 6715 manat pul xərclədiyini qeyd edib. Bərk inventarlar üçün isə xərclənən məbləğ 12 min manata yaxın olub. 
Cəlilabad Diaqnostika Mərkəzində xəstələrə hansı «diaqnozu» qoyurlar?
Yeni tikilmiş mərkəzdə cari təmir işlərinin aparılması isə hər il təkrarlanır. Guya, mərkəzin divarlarında çat əmələ gəlib və ya müəyyən kosmetik işlərə gərək var. Təbii ki, bütün bunların hamısı bəhanədir. 
Cəlilabad Diaqnostika Mərkəzində xəstələrə hansı «diaqnozu» qoyurlar?
İşin bir qəribə tərəfini də diqqətinizə çatdıraq. Qeyd edək ki, Cəlilabad Diaqnostika Mərkəzinin baş həkimi dəftərxana ləvazimatlarına 15 min manat, mətbəə işləri üçün isə 19 min manat pul ayırtdırıb. Əgər yoxlama gələrsə, həkimlərin istifadə etdikləri kağızdan tutmuş, qələmə qədər hər şeyil elə həkimlərin özü tərəfindən alındığı aydınlaşar. Amma Eldar Hacıyev üçün bu maraqlı deyil. Maraqlı olan odur ki, həmin pulu artıq sənədlər üzərində yerbəyer edib. 
Cəlilabad Diaqnostika Mərkəzində xəstələrə hansı «diaqnozu» qoyurlar?
Və nəhayət! Cəlilabad Müalicə Diaqnostika Mərkəzinin baş həkimi Eldar Hacıyev bu tibb ocağında guya, yatan xəstələr olduğunu və bunun üçün isə 17 min manatlıq ərzaq alındığını sənədləşdirib. Əcəba, sözügedən tibb ocağında ümumiyyətlə, xəstə yatırmı? Qalırsa, onları niyə heç kim görmür? Hətta varsa belə, onların sayı o qədər çox deyil ki, 17 min manatlıq ərzaq yesinlər. Bizcə əlavə şərhə ehtiyac yoxdur. 

Qarşı tərəfi dinləməyə hazırıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]