Kriminal

Bank sədrinin evinə qumbara atdılar

2-02-2016, 00:43

Naməlum şəxslər Moldova Milli Bankının sədri Dorina Drequtsanunun evinə qumbara atıblar.

Moldova Baş Prokurorluğunun yaydığı məlumatda hadisənin gecə saatlarında baş verdiyi bildirilir.

İnsident zamanı bank sədri və ailə üzvləri evdə olsa da, onların xəsarət almadığı, sadəcə yaşayış evinin bir qədər zərər gördüyü bildirilir.

Partlayış zamanı evin pəncərələri sınıb və fasadı zədələnib.

Faktla bağlı prokurorluq orqanları terrorizm (278-ci maddə) cinayət işi açıblar. Hadisəni törədənlər 15 ilə qədər həbs oluna bilərlər

Administratorla əlaqə

077 611-55-22

[email protected]