Əsas Səhifə / Gündəm

6 yaşlı bakılı qız film çəkdi - Azərbaycan ondan danışır-VİDEO

13-04-2015, 21:29


Xeberman.com bildirir ki, Bülbül adına orta ixtisas məktəbində oxuyan balaca Mələk hər şeydən öncə rejissor kimi tanınır.

Onun rejissorluğu ilə çəkilmiş sosial yönümlü film “24 kadr” qısametrajlı film festivalinda ən gənc rejissor diplomuna layiq görülüb.

Çəkdiyi və əsas qəhrəman rolunu oynadığı filmində böyüklərə mesaj atan kiçik rejissor artıq bir neçə bədii filmdə də epizodik rollarda çəkilib.

Amma balaca Mələyin ən çox sevdiyi sahə bəstəkarlıqdır. Artıq onun 2 musiqi əsəri işiq üzü görüb.


6 yaşlı bakılı qız film çəkdi - Azərbaycan ondan danışır-VİDEO



Administratorla əlaqə

077 611-55-22

[email protected]