Mədəniyyət
"Qanlı tabut" keçmişə dönüş adlı qısametrajlı bədii film çəkilib - VIDEO
31-01-2016, 20:29
MAN cinema production-ın tərəfindən Xocalı soyqırımı haqqında "Qanlı tabut" keçmişə dönüş adlı qısametrajlı bədii film çəkilib.
Xəbərman.com-un məlumatına görə, filmdə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə 366-cı motoatıcı alay və erməni birləşmələri tərəfindən törədilən soyqırım öz əksini tapıb.
Xəbərman.com-a Elvin Mikail bildirib ki, "Qanlı tabut" keçmişə dönüş adlı qısametrajlı bədii film Xocalı şəhidlərinə həsr edilib: " Mən bu film Xocalı şəhidlərinə həsr etdim . Bir rejissor kimi bu işi görmək mənim borcumdur. Bizim kimi gənclərə filim sahəsində köməklik olunsa ən yüksək səviyyədə film çəkməyə daima hazırıq. Yetəri ki, işi görən və iş tələb edən cəmiyyət olsun
Filmin qurluşçu rejissoru Elvin Mikail, senari müəllifi isə Elçin İsamyıl.Filmdə rol alan Əfruz Nəsurlayeva, Pərvanə Manafova, Cavid Azim , Mədinə Əhmədova və psixoloq Aytən Ələkbərova.
Xeberman.com saytı "Qanlı tabut" keçmişə dönüş adlı qısametrajlı bədii filmin anosun təqdim edir