Xəbərlər / Şikayət

Məhbus Türkmənistana köçülüməsi üçün mediaya müraciət etdi

27-07-2022, 12:59
  Türkmənistan vətəndaşı, Azərbaycandakı 1 saylı Cəzaçəkmə Müəssiəsində cəza çəkən Vahid Abdullayev Azərbaycan mediasına müraciət edib.
         V.Abdullayev ailədaxili münqişə nəticəsində həyat yoldaşı Elnarə Quliyevaya xəsarət yetirdiyi üçün 11 il 9ay müddətinə azadlıqdan məhrum edilib.
         Məhbus mediaya müraciətinin səbəbi kimi cəzasının qalan hissəsini Türkmənistanda çəkə bilməsi üçün bu məsələni ictimailəşdirmək istədiyini bildirir.
         V.Abdullayev müraciətində yazır ki, bununla bağlı 3 aydan artıqdır ki,  Türkmənistan Xarici İşlər Nazirliyinə, Türkmənistanın Azərbaycandakı səfirliyinə dəfələrlə müraciət edib. Amma bu qədər müraciətlərinə baxmyaraq hər hansı real nəticə olmadığını bildirir.
         Onun sözlərinə görə, səfirlik Türkmənistana köçürülməsi üçün əlindən gələni edəcəyini bildirsə də hələ ki, heç bir irəliləyiş yoxdur.
         Məhbus Türkmənistana köçürülməsini reallaşdırmaq üçün məsələni ictimailəşdirməyə ümid etdiyini vurğulayır.

Administratorla əlaqə

077 611-55-22

[email protected]