Əsas Səhifə / İqtisadiyyat

Azərbaycan bankları avtomobili kreditlə alanları necə aldadıb?

31-01-2016, 23:50
Azərbaycan bankları avtomobili kreditlə alanları necə aldadıb? BBC radiosunun Azərbaycan xidmətinə müsahibəsində hüquqşünas, vəkil, uzun illər Azərbaycanın bank sektorunda rəhbər mövqelərdə çalışmış Əkrəm Həsənov dinləyicinin xarici valyuta ilə avtokreditlərlə bağlı sualına maraqlı açıqlama verib.

Sualı və ekspertin ona cavabını olduğu kimi diqqəttinizə çatdırırıq:

«- Banklardan birində dollarla avto-kredit götürmüşəm, aya 450 dollar düşür. Bu, 2013-cü ildə 350 manat edirdi, indi isə 700 manatdan çoxdur. Əmək haqqım isə əvvəl də 500 manat idi, indi də. Mən necə edə bilərəm?

- Əslində, bank sizi aldadıb. Avtokredit yalnız manatla ola bilər. Çünki avtomobilin ölkə ərazisində dollarla alınması qanunsuzdur və mümkün deyil. Bankı məhkəməyə verib müqaviləni etibarsız hesab etdirə və borcu köhnə məzənnə ilə manatla ödəyə bilərsiz». 

Administratorla əlaqə

077 611-55-22

[email protected]