İqtisadiyyat

Müştərilərə yalnız dollarla kredit təklifi insan hüquqlarına ziddir – BƏYANAT

1-04-2016, 16:14

Müştərilərə yalnız dollarla kredit təklifi insan hüquqlarına ziddir – BƏYANATAzərbaycanda bankların müştərilərə yalnız dollarla kredit təklif etməsi insan hüquqlarına ziddir.

Xeberman.com-uReport-a istinadən verdiyi  xəbərinə görə, bunu Ali Məhkəmənin sədri Ramiz Rzayev deyib.

O bildirib ki, manat və dollar kreditləri məsələsini banklar özləri həll edir.

"Fikrimcə, vətəndaş krediti dollara götürübsə, dollarla, manatla götürübsə, manatla qaytarır. Qayda belədir”, - deyə R.Rzayev bildirib.

Banklar tərəfindən müştəriyə yalnız dollarla kreditin təklif edilməsinə gəlincə isə R.Rzayev bildirib ki, bu, vətəndaşın hüququnun pozulmasıdır.

"Lakin məhkəmə bankların daxili işinə müdaxilə edə bilmir”, - deyə o qeyd edib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]