Xəbərlər / Layihə
“Nar” ən böyük Azərbaycandilli səsli kitabxanaya dəstəyi davam etdirir
25-08-2021, 15:40
Ölkənin ən böyük səsli ədəbiyyat kitabxanasını yaratmaq məqsədilə “Nar” “Canlı kitab” sosial layihəsini davam etdirir.
Şirkətdən “Xeberman.com” a verilən məlumata görə, bu günə qədər layihə çərçivəsində dünya və Azərbaycan ədəbiyyatından 35 müəllifin 276 əsəri ana dilimizdə audiokitab şəklində “YouTube” kanalında yerləşdirilib.
“Radio Antenn" 101 FM-lə birgə hazırlanan layihənin məqsədi mütaliəni hər kəs, o cümlədən, görmə məhdudiyyətli şəxslər üçün daha əlçatan etməkdir.
Davamlı yenilənən “Canlı kitab” kanalında müxtəlif janrlarda və həcmlərdə olan bədii əsərləri asanlıqla dinləmək mümkündür. Bundan başqa, həftə sonları saat 12:00-dan 14:00-dək “Radio Antenn” 101 FM dalğasında “Canlı kitabı” birbaşa efirdə dinləmək mümkündür. Yayım eyni zamanda radionun və “Canlı kitab” verilişinin rəsmi “Facebook” səhifələrində aparılır. “Canlı kitab” kanalını buradan izləyə bilərsiniz: youtube.com/c/CanlıKitab