Texnologiya

“Azerfon”un piarçıları KİV-ə qarşı şər-böhtana əl atır?

31-01-2016, 23:29

"Synergy”nin bəzi əməkdaşları Qafqaz Xəbər Agentliyinin direktorunu təhdid edirlər

Yanvarın 18-də Qafqaznews.az saytında ""Azerfon”, Azərbaycan insanı və erməni işbazlar” başlıqlı araşdırma yazısı dərc olunmuşdu.Bezy-myanny-j-copy-15 Məqalədə "Azerfon” şirkətinin müştərilərə xidmətlərindəki qüsurlardan, "Nar Mobile” istifadəçilərinin şikayətlərindən söz açılır, eləcə də şirkət rəhbərliyindəki bəzi şəxslərin erməniəsilli işbazlarla əlaqələri barədə iddialar qeyd olunurdu. Məqalənin dərcindən sonra, "Azerfon”un piar-təbliğat işlərini idarə edən "Synergy ” şirkətinin bəzi əməkdaşları Qafqaz Xəbər Agentliyinə qarşı təhdid və böhtanlara əl atıblar. Belə ki, saytımızda dərc olunan bu və digər yazılardan sonra özlərini "Synergy”nin əməkdaşları kimi təqdim edən İlkin və Rüfət adlı şəxslər Qafqaz Xəbər Agentliyinin direktoru Araz Məmmədovu təhdid ediblər. Bundan savayı bu şəxslər, digər mətbu orqanlarının baş redaktorlarını da təhdid edərək, hətta onlarla söhbət zamanı söyləyiblər ki, guya Araz Məmmədov bu şəxsləri şantaj edir.

Onların iddiasından belə çıxır ki, guya Qafqaz Xəbər Agentliyi "Azerfon” haqqında yazmaqla, maddi baxımdan nəyəsə nail olmağa çalışır. Bütün bu baş verənləri nəzərə alaraq, biz belə bir qərara qəldik ki,"Synergy” şirkətinin əməkdaşalrının jurnalistlərə qarşı etdikləri bu cür hərəkətlərini ictimailəşdirək.

skachanny-e-fajly-Araz Məmmədov Qafqaznews.az-ın əməkdaşı ilə söhbət zamanı bildirdi ki, "Synergy” şirkətinin əməkdaşları ilə bütün telefon danışıqları qeydiyyata alınıb: "Və gələcəkdə lazım gələrsə, həmin danışıqların səs yazısını da ictimaiyyətə təqdim edə bilərik”. Agentlik direktoru vurğulayıb ki, bəzi şəxslərin piar-təbliğat işləri ilə şər-böhtan işlərini səhv salması, mətbuata münasibət bildirmək əvəzinə təhdidlərə əl atması yolverilməzdir. "Nə mənim, nə də rəhbərlik etdiyim agentliyin fəaliyyətində heç vaxt şantaj xarakterli hərəkətlər olmayıb.

Əksinə, yazdığımız kəskin yazılara görə bir çox vaxt mən özüm və agentliyin əməkdaşları şantaja, təhdidə məruz qalmışıq. Böyük bir şirkətin təbliğatı ilə məşğul olan şəxslərin bu cür davranması heç bir peşəkarlığa və etikaya yaraşmır. Ümid edirik ki, "Synergy” şirkətinin rəhbərliyi və bu şirkətə piar-təbliğat işlərini həvalə edənlər bütün bunlardan nəticə çıxaracaqlar”, – deyə A.Məmmədov əlavə edib.

Mövzunu diqqətdə saxlayacağıq.

Administratorla əlaqə

077 611-55-22

[email protected]