Əsas Səhifə / Xəbərlər / Gündəm

Vəkil Elçin Sadıqov artıq fərdi vəkil kimi fəaliyyət göstərə bilməyəcək

26-09-2020, 19:54
Vəkil Elçin Sadıqov ar vəkil kimi fəaliyyət göstərə bilməyəcək.
Vəkillər Kollegiyasının Rəyasət Heyəti E.Sadıqovun fərdi vəkil kimi fəaliyyətini dayandıraraq, onu 14 saylı vəkil bürosuna təyin edib. E.Sadıqova həmçinin töhmət verilib. Bu barədə vəkil özü məlumat verib və baş verənləri repressiya kimi qiymətləndirib.

"Vəkillər Kollegiyasının Rəyasət Heyəti mənə qarşı repressiya həyata keçirir. Mənim fərdi fəaliyyətimi ləğv edərək, qeyri-iş günlərində həbs edilən siyasi məhbusların müdafiəsindən çəkindirmək üçün fərdi fəaliyyətimi dayandırır", - deyə E.Sadıqov bildirib.

Vəkil özünə qarşı baş verən haqsızlığa şəkildə göründüyü tərzdə etirazını bildirib.

Administratorla əlaqə

077 611-55-22

[email protected]