Xəbərlər / Tibb
Bu xəstəliklər zamanı pomidor yemək olmaz
10-06-2019, 19:04
Ən faydalı tərəvəzlərdən biri olan pomidor orqanizmi vacib vitamin və minerallarla təmin edir, ürək-damar və xərçəng xəstəliklərindən qoruyur.
Lakin bu faydalı məhsulun da müəyyən əks-göstərişləri mövcuddur. Beləliklə, hansı xəstəliklər zamanı çoxlu pomidor yemək arzuolunmaz sayılır?
Axar.az Sağlamolun.az-a istinadən həmin xəstəliklərin siyahısını təqdim edir:
1. Allergiya
İstənilən digər parlaq meyvə-tərəvəz və giləmeyvələr kimi, pomidor da allergiyaya səbəb ola bilər.
2. Öd daşı xəstəliyi
Saglamolun.az bildirir ki, orqanik turşularla zəngin olan pomidor həzm proseslərini yaxşılaşdırır, ödün ifrazını artırır. Bu çox yaxşı xüsusiyyət olsa da öd daşı xəstəliyindən əziyyət çəkənlərə ziyan vura bilər.
3. Böyrək xəstəlikləri
Pomidor turşəng turşusu ilə zəngin olduğundan bəzi buna meylli olan insanlarda böyrəklərdə daşların əmələ gəlməsinə və böyüməsinə səbəb ola bilər.
4. Artrit, podaqra
Bunun səbəbi yenə də turşəng turşusudur. Turşəng turşusu oynaqlarda "duzlar"ın yığılmasına və iltihaba səbəb olur.
5. Mədə xorası və qastrit
Turşularla zəngin olan pomidor mədənin divarlarını qıcıqlandıraraq xora və qastritin kəskinləşməsinə səbəb ola bilər.