Xəbərlər / Tibb
Bu insanlar mütləq xurma yeməlidir
14-10-2018, 12:07
Xurma vitamin, mineral, qidalı liflər və bir çox digər insan orqanizmi üçün əvəzolunmaz maddələrlə zəngindir.
Bu xurmanı insan sağlamlığı üçün çox faydalı edir. Lakin bəzi insanlar var ki, xurma onlara xüsusilə faydalıdır.
Sağlamolun.az xəbər verir ki, maqnezium və qidali liflərlə zəngin olduğundan xurma orqanizmi toksin, ağır metallar, radionukleidlər və digər ziyanlı maddələrdən yaxşı təmizləyir. Bu xüsusiyyətə görə xurma ziyanlı istehsalatlarda işləyən, pis ekoloji şəraitdə, böyük şəhərlərdə yaşayan insanlar üçün xüsusilə faydalıdır.
Xurma kalium və maqneziumla zəngindir. Bu 2 mineral ürək-damar sisteminin normal fəaliyyətini təmin edir, təzyiqi normallaşadırır, ürək və damar xəstəliklərinin riskini azaldır. Xurmanın tərkibində olan P vitamini damarları möhkəmləndirir, onların keçiriciliyini azaldır. Hipertoniya, ürək və damar xəstəlikləri olan və bu xəstəliklərin risk qrupuna daxil olan insanlar mütləq hər gün 1-2 xurma yeməlidir.
Xroniki ishaldan əziyyət çəkən insanlar da mütləq xurma yeməlidir. Büzücü maddələrlə zəngin olan xurma bağırsaqları "bərkidir". Bundan əlavə xurmanın tərkibində olan qidalı liflər bağırsaqlarda faydalı mikrofloranın çoxalmasına kömək edir. Məhz bağırsaq mikroflorasının müxtəlif səbəblərə görə pozulması bir çox hallada ağır ishalın inkişafına səbəb olur.
Xurma orqanizmin tonusunu qaldırır, stress və yorğunluğu azaldır.