Xəbərlər / Kriminal
"Qanuni oğrular" arasında böyük hesablaşma — "Lotu Quli" və Eduard Asatryan qarşı-qarşıya
9-06-2019, 20:23
Kriminal aləmin ən ağır çəkili şəxslərinin arasındakı konflikt getdikcə böyüyür. Söhbət "qanuni oğrular" Nadir Səlifov ("Lotu Quli") və Eduard Asatryanın ("Edik Tibilisskiy") arasındakı münaqişədən gedir.
Demokrat.az Rusiya mətbuatına istinadən bildirir ki, hər iki "qanuni oğru"unun klanları arasında ziddiyyət kəskinləşir. Kriminal aləmlə bağlı ekspert kimi tanınan Aleksandr Sidorovun (Fima Jiqanes) fikrincə, oğru aləmində gözlənilmədən müharibə başlana bilər. Onun fikrincə "qanuni oğrular" təsir sahələrinin yenidən bölüşdürülməsi üçün ciddi mübarizəyə qoşulublar.
Xatırladaq ki, "oğrular" arasında ziddiyyətlər "oğru" Besik Kvinixidzenin (Beso Rustavski) Saratov vilayətində yeni qaydalar yaratması ilə başlamışdı. "Edik Tibilisskiy" isə elan etdi ki, bu yeniliklərlə bağlı "oğrular"ın ona "bir çox suallar"ı olacaq. "Lotu Quli" isə öz növbəsində, dedi ki, Edik hələ əvvəlcə Nodari Asoyanın (Nodar Rustavsky) onu açıq şəkildə "zibil" adlandırmasına reaksiya versin sonra danışsın. Beləliklə də, Quli bəyan etdi ki, Asatryanın digərlərinin taleyini həll etmək hüququ yoxdur.