Kriminal / Foto Fakt
“Qanuni oğrular" “Lotu Quli” ilə görüşdə – FOTO
27-10-2017, 08:16
İki gün öncə azadlığa çıxaraq Türkiyəyə yerləşən “qanuni oğru” Nadir Səlifovun (“Lotu Quli”) yaxın dostlarının əhatəsində olduğu bildirilir.
Oxu.Az azfakt.com-a istinadən xəbər verir ki, İstanbula yerləşən kriminal avtoritetə ona yaxınlığı ilə seçilən “qanuni oğru”lar baş çəkiblər. Məlumatda qeyd edilir ki, Nadir Səlifovla görüşə gələn “qanuni oğru”lardan biri Türkiyədə məskunlaşan həmyerlimiz Rafət Əlibayramlinski, digəri isə Avstriyada yaşayan rusiyalı Saşa Kuşner olub.
Saytın əldə etdiyi fotoda “Lotu Quli” tanınmış avtoritet olan qardaşı Namiq Səlifovun, “qanuni oğru”lar Rafət Əlibayramlinski, Saşa Kuşner və ona yaxın olan dostlarının əhatəsindədir.
Xatırladaq ki, “Lotu Quli” həbsxanada 20 ildən çox vaxt keçirib. O, 90-cı illərin əvvəllərində bir sıra səs-küylü cinayətlərin törədilməsində ittiham olunaraq həbs edilmişdi. Məhbəsdə olduğu vaxtda uzun illər Gürcüstana ekstradisiyasına nail olmağa çalışıb.
Oktyabrın 24-də Qaradağ Rayon Məhkəməsi vəkilin Nadir Səlifovun vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı vəsatətini təmin edib. Qeyd edək ki, azadlığa çıxdığı gün Nadir Səlifov Gürcüstana getmişdi.