İdman

“Real”dan 60 milyonluq ilk transfer

5-06-2019, 11:18
i]Madrid “Real”ı yay transfer dönəmində ilk futbolçu keçidini rəsmiləşdirib.

Oxu.Az xəbər verir ki, “Real” Serbiya millisinin hücumçusu Luka Yoviçi rəsmən transfer edib.

Bu futbolçunun keçidi üçün “Ayntraxt”a 60 milyon avro ödənilib. Onunla altı illik müqavilə bağlanılıb.

Bosniya və Herseqovinada doğulmuş 21 yaşlı futbolçu ötən mövsüm Frankfurt “Ayntraxt”ında 48 oyuna 21 qol vurmaqla böyük klubların diqqətini özünə cəlb edə bilib. Texnikalı və hər iki ayağı ilə oynamaq özəlliyinə sahib olan futbolçunun UEFA Avropa Liqasında vurduğu 10 qol sayəsində komandası bu turnirin yarımfinalınadək irəliləyib.

Qeyd edək ki, “Srvena Zvezda” klubu ilə iki dəfə Serbiya çempionluğu, “Benfika” ilə iki dəfə Portuqaliya çempionluğu yaşayıb, bundan başqa Portuqaliya Kuboku, Portuqaliya Super Kuboku və Portuqaliya Liqa Kubokunu qazanıb. Luka Yoviç “Ayntraxt”la 2017/18 mövsümündə Almaniya Kubokunu da başı üzərinə qaldırıb.[/i]

Administratorla əlaqə

077 611-55-22

[email protected]