Xəbərlər / Gündəm / Yaşam

Bizə müraciət edin, çünki Ümid Bizik.

25-05-2019, 23:26
Press-az.com saytına daxil olan məlumata görə "Ümid Bizik"Sosial Layihəsi çərçivəsində uşaqlarda böyrək, qaraciyər köçürülməsi və koklear implantasiya əməliyyatlar həyata keçirilir.Uşaqlarda böyrək, qaraciyər köçürülməsi və koklear implantasiya əməliyyatlarına ehtiyac olan valideynlərdən "Ümid Bizik" sosial layihəsinə müraciət etmələrini xahiş edirik. Əməkdaşlarımız ehtiyacı olan uşaqlara bank hesabı açırlar. Sonra bu hesablar sosial media adreslərində nümayiş etdirilir. Hesablara xeyirxah insanlar tərəfindən maddi vəsait köçürülür. Əməliyyat və ya müalicə üçün lazım olan vəsait toplandıqda, komanda üzvlərimiz həmin pasienti əvvəlcədən əməkdaşlıq etdiyimiz, uyğun ixtisaslı xəstəxanaya yönləndirirlər. Onu da qeyd edək ki, pasientin hava limanında qarşılanması, xəstəxanaya çatdırılması, valideynlərin müalicə müddəti ərzində pasientin yanında qalması üçün şəraitin yaradılması, həkimlərlə tanışlıq, hətta ehtiyac olarsa tərcümə xidməti belə tərəfimizdən icra olunur. Əməliyyat öncəsi müayinələr aparılır və körpələr əməliyyat olunduqdan sonra pasient sağlamlığına qovuşur və hava limanında öz vətəninə yola salınır. Bizə müraciət edin, çünki Ümid Bizik.

Administratorla əlaqə

077 611-55-22

[email protected]